Icma.az
close
up
RU
Çin avtomobillərinin bitməyən problemləri Kəmiyyətdə qazanıb keyfiyyətdə uduzuruq...

Çin avtomobillərinin bitməyən problemləri Kəmiyyətdə qazanıb keyfiyyətdə uduzuruq...

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycana idxalı artan Çinin elektrik və hibrid modelli milli avtomobilləri ümidləri doğrultmur. Bu avtomobillərin yeni olmasına baxmayaraq daha tez sıradan çıxması, təmir xərclərinin yüksək olması və uzun vaxt aparması avtomobil istifadəçilərini məyus edir. 

Sfera.az bildirir ki, Çinin elektrik və hibrid avtomobillərinə tələbin yüksəlməsinin əsas səbəbi həmin avtomobillərin ucuz olması ilə bağlıdır. Almaniya, Cənubi Koreya və ya Yaponiyanın milli avtomobilləri ilə müqayisədə Çinin milli avtomobilləri 50, hətta 100 faiz ucuzdur. Çin avtomobillərinin həm ucuz, həm də yeni olması alıcılarda böyük maraq yaradır. 

Gömrük məlumatlarına əsasən, 2024-cü ilin 11 ayı ərzində ölkəmizə 25 523 ədəd elektrik və hibrid avtomobili gətirilib. Bunun 13 332 ədədi, yəni 52 faizdən çoxu Çindən alınıb. Çindən gətirilən elektrik və hibrid avtomobillərin əksəriyyəti məhz Çinin milli avtomobilləridir. Bu avtomobillərin yenilərinin qiyməti 25 min manatdan 150 min manata qədər dəyişsə də, alıcılar əsasən 25-50 min manat dəyərində olan Çin maşınlarına üstünlük verirlər.  

Ucuz alınan Çin avtomobillərin qısa müddət, məsələn 1-2 ildən sonra təmirə ehtiyacı yaranır, onların mexaniki hissələri tez sıradan çıxır. Avtomobil təmiri ilə məşğul olan ustaların sosial şəbəkələrdəki paylaşımlarından görünür ki, Çinin hibrid və elektrik maşınlarında müxtəlif xarakterli, o cümlədən proqram təminatı, işlək hissələrin nasaslığının pozulması kimi texniki problemlər yaranır. Şərhlərdən aydın olur ki, avtomobillərin tez-tez təmirə ehtiyacının yaranması ilə yanaşı onların ehtiyat hissələrinin tapılmasında da çətinliklər var. Adətən ehtiyyat hissələri xüsusi sifarişlə gətirilir ki, bu da təmir müddətinin iki, hətta üç ay uzanmasına səbəb olur.

Oxşar problemlər hətta rəsmi distributordan alınan avtomobillərə göstərilən servis xidmətlərində də görünür. Distributorlar avtomobillərin təmirini təşkil edə bilmir, ustalar yetəri qədər biliyə və təcrübəyə sahib olmurlar, servislərdə yetəri qədər ehtiyat hissələri tapılmır. Servislərdə əsasən cari xidmət (yağ, filtr dəyişdirilməsi və s.) üçün lazım olan ehtiyat hissələri var. Qalan hissələr isə lazım olduqda yalnız sifarişlə xaricdən gətirilir. Buna görə də qəzaya düşən avtomobil sahibləri əksər hallarda təmir üçün aylarla gözləməli olur. 

Bu səbəblər də Çin milli avtomobillərinin qiymətinin aşağı olmasına səbəb olur. Alıcılarda marağı yaratmaq üçün idxal və satışla məşğul olan şirkətlər Çinin milli avtomobillərini mümkün olduğu qədər aşağı qiymətə təklif edirlər. Çin avtomobilləri ilə bağlı yaranmış mövcud vəziyyət həmin avtomobillərin gələcəkdə satış imkanlarını məhdudlaşdıra bilər. Çünki alıcı üçün avtomobilin istifadə edildikdən sonrakı effektivliyi (performansı), dözümlülüyü, təmir xərclərinin az olması önəmlidir. Bu sınaqlardan yaxşı çıxan avtomobil markaları daim alıcıları cəlb edir. Hələlik, Çinin milli avtomobilləri bu sınaqdan uğurlu çıxa bilmir. 

Vasif
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri