Icma.az
close
up
RU
Çin avtomobillərinin ölkəyə axını sürətlənib Seçərkən nələrə diqqət etmək lazımdır?

Çin avtomobillərinin ölkəyə axını sürətlənib Seçərkən nələrə diqqət etmək lazımdır?

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elektriklə işləyən, hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan avtomobil bazarına Çin avtomobillərinin də axını sürətlənib.

Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur. Maraqlıdır, müasir təklifləri nəzərə alaraq, avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər?

Avtosfer.az xəbər verir ki, bu barədə "Kaspi" qəzeti bu kimi aktual suallara növbəti yazısında cavab axtarıb.

Avtomobili təyinatına görə seçmirik

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev "Kaspi" qəzetinə açıqlamasında bildirir ki, Azərbaycanda avtomobil seçiminə fərqli aspektdən yanaşılır. Avtomobili əsasən, təyinatına görə deyil, xarici görünüşünə görə seçirik: "Məsələn, böyük maşın alırıq, onu daha çox şəhərdaxili sürürük. Sonra tıxacdan narazılıq edir, dayanacaqda yer tapa bilməməyə görə deyinirik. Yaxud "benzini çox içir" deyirik. Əslində isə avtomobili təyinatına görə almalıyıq. Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı əgər şarj etmək imkanı varsa, elektrik mühərrikli avtomobili rahatlıqla ala bilər. Yaxud, gün ərzində avtomobildən çox istifadə edən, amma hər dəfə şarj etməyə vaxtı olmayan sürücü əgər sərfəli avtomobil istəyirsə, hibrid əldə edə bilər".

Əsas interyer, eksteryer deyil

Mütəxəssis vurğulayır ki, avtomobil seçərkən diqqət etməli olduğumuz əsas məqamlar interyer, eksteryer deyil, digər nüanslardır: "Əvvəlcə baxmalıyıq ki, bunun ehtiyat hissələri varmı, servis xidməti hansı səviyyədədir və ən əsası - avtomobili kimdən alırıq? Təəssüflər olsun ki, son zamanlar vətəndaşlar əksər hallarda fərdi şəxslərin gətirdiyi avtomobilləri almağa meyilləniblər. Qiymətə aldanırlar, nə zəmanət əldə edirlər, nə də servis xidməti. Sadəcə, avtomobili rəsmi salondan 3-4 min manat ucuz başa gəldiyi üçün alır, amma çox vaxt uduzurlar. Biz mütləq şəkildə avtomobilə olan yanaşmamızı dəyişməliyik. Məsələn, şəhərdə baxırıq ki, gənc xanımlar kifayət qədər böyük, 4-5 mühərrik həcmi olan avtomobillər sürürlər. Əgər avtomobildən ancaq şəhərdə istifadə edirsənsə, ailə tərkibi də geniş deyilsə, yaxud ailədə ikinci maşındırsa, 1,5-2 mühərrik həcmi kifayət edir. Ona görə də təyinatı üzrə istifadəsinə görə seçməliyik. "Biz nə istəyirik, bizə nə lazımdır" sualına cavab tapdıqdan sonra seçim etməliyik".

Bazarı zəbt edən Çin avtomobillərinə gəldikdə isə, E. Əliyev bildirir ki, hazırda Azərbaycanda 25-26 növdə rəsmi Çin avtomobil brendləri var: "Qeyri-rəsmilər də az deyil. Bu tendensiya ən azı yaxın 2-3 il də belə davam edəcək".

20 min manata elektriklə işləyən avtomobil ala bilərik?

Qiymətlərə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bazarda hər büdcəyə uyğun elektriklə işləyən və hibrid avtomobillər mövcuddur: "Elektriklə işləyən avtomobillər dəbə düşməyə başlayanda bizə daha çox yüksək qiymətli, bahalı avtomobillər gətirilirdi. Dövlətin bu sahədə tətbiq etdiyi güzəştlər, xüsusilə gömrük rüsumu və ƏDV-nin ləğvindən sonra qiymətlər də, bu avtomobillərə olan ümumi baxış da dəyişdi. Rəsmi dilerlər tərəfindən ölkəyə qiymətləri 20 min manatdan 100-200 min manata qədər dəyişən elektrik mühərrikli avtomobillər gətirilməyə başlanıldı. Hazırda alıcılar 20-21 min manatdan başlayan qiymətlərlə elektriklə işləyən avtomobilləri ala bilərlər. Sözsüz ki, büdcə qalxdıqca avtomobilin şarj tutumu, məsafə qət etməsi, komfort parametrləri də dəyişir".

Bazarda uyğun qiymətə yetərincə seçim var

Hibridlərə gəlincə, yeni hibrid avtomobillərin qiymətləri elektriklə işləyənlərdən bir az bahadır: "Amma yeni avtomobil istədikdə, bu gün bazarda, yerli istehsalı da əlavə etsək, 22-23 min manatdan başlayan qiymətlərlə avtomobil almaq mümkündür. Əlbəttə ki, burada seqment fərqinə görə qiymətlər dəyişir. Bazarda təkliflər çoxdur, 23-33 min manat arası kifayət qədər avtomobil var. Hazırda bu qiymətlərə olan avtomobillərə tələbat çoxdur. Çünki taksilərlə bağlı yeni qaydalar, utilizasiya bu maşınlara tələbatı artırıb. Bu amilləri nəzərə alsaq, yetərincə seçimlər var".

Avropa brendlərinin satışı demək olar ki, dayanıb

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, hazırda Çin avtomobilləri Avropa brendlərindən beş dəfə ucuzdur: "Müasir dövrdə bütün dünyada elektrikli və hibrid avtomobillərə üstünlük verilir. Çünki həm sərfəlidir, həm də qiyməti münasibdir, eyni zamanda qənaətcildir. Hazırda Çin istehsalı olan avtomobillərə daha çox tələbat var. Avropa brendlərinin elektrik və hibrid avtomobilləri həddindən çox bahadır. Digər daxili yanma mühərrikli avtomobillərin satışı demək olar ki, tamamilə dayanıb".

Mütəxəssislər deyir ki, avtomobil seçərkən aşağıdakı amillər nəzərə alınmalıdır:

- Əgər siz şəhər içində və ya qısa məsafələr üçün avtomobil axtarırsınızsa, elektriklə işləyən və ya hibrid avtomobillər sərfəli ola bilər. Uzaq məsafələr üçün isə hibridlər və ənənəvi yanacaqla işləyən avtomobillər daha praktikdir.- Texniki xidmət və ehtiyat hissələrinə gəldikdə isə, ənənəvi və Çin avtomobilləri üçün texniki xidmət məntəqələri daha genişdir. Elektrikli avtomobillər üçün isə xüsusi şarj məntəqələri və təmir mərkəzləri lazım ola bilər. Çin avtomobilləri və hibrid modellər ənənəvi avtomobillərdən daha qənaətcildir, lakin ilkin olaraq daha bahalı ola bilər. Elektrikli avtomobillər isə uzunmüddətli investisiya baxımından qənaətli ola bilər, amma ilkin qiymət yüksəkdir. Əgər siz ekoloji təmizliyə və yanacaq qənaətinə üstünlük verirsinizsə, hibrid və ya elektriklə işləyən avtomobil yaxşı seçimdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri