Icma.az
close
up
RU
Çin avtomobillərinin sahibləri üçün YENİ PROBLEM KONKRET

Çin avtomobillərinin sahibləri üçün YENİ PROBLEM KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Azərbaycanda Çin istehsalı olan avtomobillərin sayının sürətlə artması ilə yanaşı, bu nəqliyyat vasitələrinin ehtiyat hissələri ilə təminatı məsələsi də aktuallaşır. Xüsusilə daha münasib qiymətə ölkəyə gətirilən Çin avtomobilləri sıradan çıxdıqda və ya qəzaya düşdükdə onların ehtiyat hissələrinin tapılması və ölkəyə gətirilməsi avtomobil sahibləri üçün ciddi problemə çevrilə bilir.

Bəs bu vəziyyətin əsas səbəbləri nələrdir? Gələcəkdə Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı problemlərin aradan qaldırılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Çin avtomobillərinin ehtiyat hissələrinin Azərbaycana gətirilməsində əsas problemlərdən biri vaxt amilidir.

Ekspertin sözlərinə görə, Çindən ehtiyat hissələrinin gətirilməsi müəyyən müddət tələb edir:

“Çin avtomobillərinin ölkəyə gətirilməsi ilə bağlı məsafə baxımından Avropa ölkələri ilə müəyyən fərq olsa da, hazırda müxtəlif səbəblər, o cümlədən qəzalar və müharibələrin yaratdığı logistika problemləri Çindən Azərbaycana ehtiyat hissələrinin daşınmasına təsir göstərir. Bu səbəbdən hissələrin ölkəyə çatdırılması müəyyən vaxt aparır”.

Aslan Əsədov qeyd edib ki, problem yalnız ehtiyat hissələrinin gecikməsi ilə məhdudlaşmır. Detalların keyfiyyəti də avtomobil sahibləri üçün mühüm məsələlərdən biridir.

“Detallar gətirilir, avtomobilə quraşdırılır və bunun üzərinə servis və digər xərclər əlavə olunur. Nəticədə avtomobil sahibinin çəkdiyi xərc kifayət qədər yüksək ola bilər. Əgər gətirilən ehtiyat hissəsinin keyfiyyəti aşağıdırsa, müəyyən müddətdən sonra həmin detalın yenidən sıradan çıxması mümkündür. Bu isə əlavə xərc və narazılıq yaradır”, – deyə ekspert vurğulayıb.

Ekspert hesab edir ki, ehtiyat hissəsinin tez sıradan çıxması hər zaman onun keyfiyyətsiz olması ilə bağlı deyil. Avtomobil sahibinin nəqliyyat vasitəsindən istifadə qaydaları da bu məsələdə mühüm rol oynayır.

“Avtomobil sahibinin müəyyən zaman kəsiyində etdiyi səhvlər də buna səbəb ola bilər. Məsələn, avtomobili səliqəsiz idarə etmək və ya yol hərəkəti qaydalarına riayət etməmək nəqliyyat vasitəsinin texniki vəziyyətinə mənfi təsir göstərə bilər. Belə hallarda problemin səbəbinin düzgün müəyyənləşdirilməsi və avtomobilin texniki baxımdan qaydalara uyğun vəziyyətə gətirilməsi vacibdir”, – deyə Aslan Əsədov bildirib.

Onun sözlərinə görə, bütün bu amillər nəticə etibarilə avtomobilin istismar xərclərinə və rentabelliyinə təsir göstərir.

“Bütün bu nüanslar nəqliyyat vasitəsinin rentabelliyinə təsir edir və avtomobil sahibi ilə nəqliyyat vasitəsi arasındakı balansın pozulmasına gətirib çıxarır. Məsələyə diqqətlə yanaşdıqda isə bununla bağlı daha çox nüansın ortaya çıxdığını görmək mümkündür”, – ekspert əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri