Icma.az
close
up
RU
Çin Azərbaycan əməkdaşlığı: potensial və perspektivlər nə vəd edir? ANALİZ

Çin Azərbaycan əməkdaşlığı: potensial və perspektivlər nə vəd edir? ANALİZ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan-Çin iqtisadi əməkdaşlığı yüksələn xətlə davam edir. Təqdirəlayiq haldır ki, Çinlə Azərbaycan arasında qarşılıqlı iqtisadi əməkdaşlıq və siyasi tərəfdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycan-Çin ikitərəfli ticarət dövriyyəsi son illər xeyli yüksəlib. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar təşkil edirdisə, 2020-ci ildə dövriyyə 2,2 milyard dolar oldu. Cəmi 5 ildə dövriyyə 4 dəfə artmışdı.

Son 5 ildə isə artım davam edib. Çinlə ticarət əməliyyatlarının həcmi artıq 3,7 milyarda çatıb. Potensial isə bundan dəfələrlə böyükdür. Çindən idxal (2,45 milyard) ümumi idxalımızın 18 faizini təşkil edir və keçən ilin ilk yarimili ilə müqayisədə 25 faiz artıb. Çinə ixracımız isə 4,5 dəfə artaraq 53 milyonu ötüb.

Hələlik, Azərbaycanın xarici ticarətində Çinin payı təxminən 8 faiz təşkil edir, lakin bunu bir neçə dəfə artırmaq üçün real imkanlar vardır.

Azərbaycanda Çin kapitalı ilə 375 şirkət açılıb, artıq onlardan 298-i aktiv işləyir.

İndiyədək Çin şirkətləri Azərbaycana 1 milyard dollardan çox investisiya yatırıblar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1.5 milyard dollardan çoxdur.

ÇXR tərəfindən irəli sürülən məşhur "Bir kəmər - bir yol" qlobal nəqliyyat dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Cari ilin iyul ayından Azərbaycan vətəndaşları üçün Çinə vizasız rejimin tətbiqi isə turizmə və biznes sahələrində inkişafa təkan verməkdədir.

Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars dəmiryolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "İpək Yolu İqtisadi Kəməri"nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. 2015-ci ildən etibarən Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalar həyata keçirilir.

Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı Azərbaycanda neft sənayesinə mühüm təsir göstərir.

Çinlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Əvvəla, Çin dünyanın 3 fövqəldövlətindən biri olmaqla, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan 5 daimi üzvündən biridir. Dünyanın ən güclü iqtisadiyyatına malikdir. Əbəs yerə Çini “dünyanın fabriki” adlandırmırlar. Ən yüksək texnologiyalardan tutmuş ən adi məhsullara qədər istehsal edən ölkədir. Biz bu ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı olmalıyıq. Ölkəmizdə xammal problemi yoxdur. Dünya bazarına hazır məhsullar çıxarmaq üçün sadəcə texnologiyamız çatmır.

Amerika, Rusiya, Britaniya, Almaniya, Yaponiya sahib olduqları istehsal texnologiyalarını verməkdə maraqlı deyillər, Çin isə maraqlıdır. Ona görə də Çinlə iqtisadi əməkdaşlıq texnologiyaların idxalı üçün ən əlverilşi imkandır. Qərb ölkələrindən “od” qiymətinə aldığımız istənilən texnikanı və texnologiyanı Çindən çox ucuz ala bilərik.

Biz Çinlə müxtəlif sahələrdə birgə müəssisələr də yaratmalıyıq. Çin texnologiyası ilə məhsullar ucuz başa gəlir, istehsal həcmi də, keyfiyyəti də yaxşı olur. Nüfuzlu Çin şirkətlərinin məhsullarının burada istehsalını təşkil edə bilsək, onların dünya bazarına rahat çıxışı olar və yaxşı da satılar. Beynəlxalq iqtisadi araşdırma mərkəzləri yaxın vaxtlarda Çinin iqtisadi sferada təkbaşına hegemonluğu ələ alacağını deyirlər. Bu halda bütün dünya iqtisadi cəhətdən Çindən asılı vəziyyətə düşəcək.

Böyük İpək Yolu layihəsinin müəllifi kimi Çin Avrasiyanı bir xətdə birləşdirməyə və böyük ticarət kanalları yaratmağa başlayıb. Burada trilyonlarla dollarlıq dövriyyədən söhbət gedir. Ölkəmiz strateji regionda yerləşdiyindən İpək yolunun bir qanadı üzrə öz mövqeyindən yararlanaraq yaxşı gəlirlər əldə edəcək. Çinlə əməkdaşlığın həm iqtisadi, həm də siyasi dividendləri olacaq. Çinin dünya siyasətinə təsiri getdikcə artır. Onun tam dəstəklədiyi və hərtərəfli əməkdaşlıq etdiyi ölkə inkişafını sürətləndirəcək. Biz Çinin regionda əsas iqtisadi tərəfdaşına çevrilməklə böyük dividentlər əldə edə bilərik.

Son 20-30 ildə Çin iqtisadi inkişafını daha da artırdı. Ümumi Daxili Məhsulun həcminə görə, dünyanın 1-ci iqtisadiyyatına çevrildi. Yüksək texnologiyalardan tutmuş ən adi mallara qədər Amerika və Avropa firmalarını dünya bazarından sıxışdırıb çıxartdı. Çinin Dünya Bankının kreditlərinə ehtiyacı yoxdur. Çin özü bir çox ölkələrə kredit verir. ABŞ-in özünün Pekinə trilyonlarla borcu var. Bir sıra beynəlxalq bankların yaradılması məhz Çinin adı ilə bağlıdır. Hazırda Pekin dünyanın ən böyük investorudur.

Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub. Bütün cəhdlərə baxmayaraq, bu ölkənin inkişafını dayandırmaq Amerikaya müyəssər olmadı. ABŞ tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir. Həmçinin, digər dünya ölkələrinin inkişafının qarşısını almaq, onları ucuz xammal ölkəsi kimi saxlamaq və sərvətlərini talayıb Qərbə daşıtdırmaqdır. Lakin bu siyasət artıq ifşa olunub və iflasa uğrayıb. Ölkələr alternativ təşkilatlar, fondlar, banklar yaradaraq, öz aralarında iqtisadi əməkdaşlığı və ticarəti artıraraq Qərbdən asılılığını azaldır və nəzarətdən çıxırlar. Dünyanı uzun müddət belə talamaq mümkün ola bilməzdi. Nə vaxtsa bu, başa çatmalıydı. Bu işdə Çinin liderlərindən olduğu təşkilatlar- BRİCS və ŞƏT çox böyük imkanlara malikdir. Dünyanın güc mərkəzi dəyişir və Qərbdən Şərqə keçir.

Görünən odur ki, artıq proses başlayıb. Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək. Biz də bu prosesdən qazanclı çıxmaq üçün bütün imkanlara malikik. Xammal ölkəsindən sənaye ölkəsinə çevrilməklə böyük iqtisadi inkişaf təmin edə bilərik və bu da dövlətimizin dünyada nüfuzunu və qüdrətini dəfələrlə artırar.

Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri