Çin Azərbaycan münasibətləri tarixdə ən yüksək səviyyəyə çatıb Səfir
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"2025-ci il Çin-Azərbaycan münasibətləri üçün davamlı tərəqqi və səmərəli nəticələrlə yadda qalan məhsuldar il olub. Sədr Si Cinpinin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri keyfiyyətcə hərtərəfli inkişaf edib və sürətlənib".
525.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, münasibətlərimiz tarixdə ən yüksək səviyyəyə - hərtərəfli strateji tərəfdaşlığa çatıb. İki ölkə arasında siyasi qarşılıqlı etimad daha da möhkəmlənib, praqmatik əməkdaşlıq təsirli nəticələr verib, humanitar mübadilələr dərinləşib.
Səfir deyib ki, dövlət başçıları arasında münasibətlər Çin-Azərbaycan əlaqələrinin inkişafının aparıcı qüvvəsidir:
"Bu il Çin və Azərbaycan dövlət başçıları arasında diplomatiya ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıraraq çoxsaylı diqqət çəkən məqamlar və səmərəli nəticələr verib. Aprel ayında Prezident İlham Əliyev Çinə dövlət səfər etdi, sədr Si Cinpinlə danışıqlar apardı, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm razılaşmalar əldə edən iki dövlət başçıları Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzaladılar və 20 əməkdaşlıq sənədinin imzalanmasının şahidi olduq.
Bunlar Çin-Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə açır. Prezident İlham Əliyev ŞƏT-in sammitində və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun sonundan sentyabrın əvvəlinə kimi yenidən Çinə səfər edib. Prezident İlham Əliyevin Çinə hər iki səfərində xanımı və ailə üzvləri onu müşayiət edib. Bir azərbaycanlı dostum mənə dedi ki, Prezident xaricdəki dostlarına baş çəkəndə yalnız ailə üzvlərini özü ilə aparır, bu, dövlət başçısının Çinə etibarlı dost kimi baxdığını nümayiş etdirir".
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















