Çin Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başlayıb
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən elektrik avtobuslarının istehsalı müəssisəsində bu ilin sonunadək 300 avtobusun istehsalı planlaşdırılır.
Bunu Missiya.Az-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, bu avtobuslardan 200-ü Bakı üçün, 60-ı Naxçıvan üçün, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur:
"Avtobuslar 9, 10 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək", – deyə o qeyd edib.
Xatırladaq ki, avtobuslar Çin–Azərbaycan ortaq müəssisəsi olan "Azerbaijan Energy Automotive Factory"də istehsal olunur. Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 03 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















