Icma.az
close
up
RU
“Çin Azərbaycanın əsas iqtisadi ticarət tərəfdaşlarından biridir” Şahin Mustafayev

“Çin Azərbaycanın əsas iqtisadi ticarət tərəfdaşlarından biridir” Şahin Mustafayev

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“1995-ci ildən 2025-ci ilin birinci yarısına qədər Çindən Azərbaycana 942,3 milyon dollar birbaşa investisiya qoyulub”.

525.az xəbər verir ki, bunu  Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümünə həsr olunmuş rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, Azərbaycandan Çinə ümumi investisiya 2,1 milyard dollar təşkil edib ki, bunun da 1,9 milyard dolları Dövlət Neft Fondunun xətti ilə yönəldilib.

O deyib ki, Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir, eyni zamanda, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Bu ilin 7 ayında iki ölkə arasında ticarət dövriyyəsi 26 faiz artıb.

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan son illərdə “yaşıl enerji” gündəmini fəal şəkildə təbliğ edir və Çin bu sahədə ölkənin əsas tərəfdaşlarından biridir: “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsində Azərbaycanın Çinin innovativ texnoloji potensialına arxalanması bu sahədə tərəfdaşlığımızın strateji əhəmiyyətini təsdiqləyir”.

Ş.Mustafayev Azərbaycan və Çinin bir neçə şəhərlərinin qardaşlaşdığını deyib. Xüsusilə, Prezident İlham Əliyevin aprel ayında Çinə səfəri zamanı Naxçıvanla Urumçi arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması haqqında sənəd imzalanıb. Onun sözlərinə görə, regionlararası əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar var.

Baş nazirin müavini Azərbaycanda müxtəlif sahələrdə 347 Çin şirkətinin fəaliyyət göstərdiyini, turizm əlaqələrinin inkişaf etdiyini, Çindən gələn turistlərin sayının 93 faiz artdığını söyləyib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:515
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri