Icma.az
close
up
RU
Çin bəzi nadir metalların ixracı üçün məhdudiyyəti yumşaldıb

Çin bəzi nadir metalların ixracı üçün məhdudiyyəti yumşaldıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pekin, 7 iyun, AZƏRTAC

Çin bəzi nadir torpaq metallarının ixracına tətbiq etdiyi qadağını yumşaldıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb. Qərarın verilməsində səbəb robot və ekoloji təmiz avtomobillər istehsalı daxil olmaqla qlobal tələbatın artmasıdır. Nazirliyin açıqlamasında ixracına yumşalma tətbiq olunan metalların siyahısı göstərilməyib.

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin Birləşmiş Ştatlara nadir torpaq minerallarının ixracına icazə vermək barədə razılığı olduğunu açıqlayıb.

Qeyd edək ki, Çin hökuməti Donald Tramp administrasiyasının Çin mallarına idxal rüsumlarını artırmağa başlayandan, yəni, fevraldan nadir yer metallarının, o cümlədən volfram, tellur, bismut, molibden və indiumun ixracına məhdudiyyət tətbiq edir. Rəsmi Pekin həmin qərarını ölkənin milli təhlükəsizliyini və mənfəətini qorumaq, habelə silahların yayılmasının qarşısını almaq kimi beynəlxalq öhdəliyi yerinə yetirmək, qlobal istehsal və təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini təmin etmək məqsədi ilə qəbul etdiyini açıqlamışdı. Sözügedən nadir metallar müdafiə sənayesi məhsulları, yaşıl enerji avadanlığı, smartfon, elektrik avtomobillərinin batareyalarının istehsalı da daxil olmaqla bir çox sahə üçün vacib minerallardır.

İyunun 7-də Çinin Xarici İşlər Nazirliyi Londonda Çin-ABŞ iqtisadi və ticarət məsələləri üzrə görüş keçiriləcəyini açıqlayıb. Görüşdə iştirak etmək üçün Çin Baş nazirin müavini Hı Lifenin rəhbərliyi ilə nümayəndə heyəti iyunun 8-13-də Londonda səfərdə olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see172

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see155

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri