Çin bu tarifləri ləğv edə bilər
Icma.az bildirir, Sfera.az portalına istinadən.
Çin hökuməti ABŞ-dən idxal edilən bəzi məhsullara tətbiq etdiyi 125%-lik tariflərin ləğvini nəzərdən keçirir.
Sfera.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bu addım, ticarət müharibələrinin iqtisadi nəticələrinin yumşaldılması istiqamətində Pekinin atdığı potensial bir addım kimi qiymətləndirilir.
Çin rəsmiləri tariflərin yüngülləşdirilməsini gündəmə gətirməklə, Vaşinqtonla yaşanan münaqişənin ölkə iqtisadiyyatına vurduğu zərərlərdən narahat olduqlarını nümayiş etdirirlər. Bildirilir ki, sərt ticarət qaydaları Çin şirkətlərinə zərbə vurub və Pekin bu təsirləri minimuma endirməyə çalışır.
Ekspertlərə görə, tariflərin dayandırılması təkcə ABŞ-Çin münasibətlərində deyil, ümumilikdə qlobal ticarət sistemində sabitliyin bərpası üçün mühüm əhəmiyyət daşıya bilər. Hazırda Çin tərəfi hansı məhsullara bu istisnanın tətbiq olunacağını müəyyənləşdirmək üçün daxili məsləhətləşmələr aparır.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















