Icma.az
close
up
RU
Çin casusluq fəaliyyətini ARTIRIR

Çin casusluq fəaliyyətini ARTIRIR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin Niderland üzərində casusluq fəaliyyətini gücləndirib, əsas diqqəti isə ölkənin qabaqcıl olduğu yarımkeçirici texnologiyalarına yönəlib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans Sinqapurda keçirilən “Shangri-La Dialoqu” təhlükəsizlik forumunda bildirib.

"Yarımkeçirici sahəsində texnologiyada çox irəlidəyik. Çin isə bu sahədəki bilik və intellektual mülkiyyəti ələ keçirmək istəyir", – deyə nazir bildirib.

Niderlandın hərbi kəşfiyyatının ötən il yaydığı hesabatda qeyd olunub ki, Çin casusları ölkənin yarımkeçirici, aerokosmik və gəmiqayırma sənayesini hədəfə alıblar.Məqsəd bu sahələrdən əldə olunan biliklərdən istifadə edərək Çin ordusunun hərbi gücünü gücləndirməkdir.

Brekelmans deyib ki, fəaliyyətlər hələ də davam edir:

"Kəşfiyyat qurumlarımızın son hesabatlarına əsasən, bizə qarşı ən böyük kiberhədələr məhz Çindən gəlir. Ötən il də bu belə idi, indi də dəyişməyib. Əksinə, daha da güclənib".

Çin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməyib. Rəsmi Pekin isə bu cür ittihamları inkar edir və kibercinayətkarlığın əleyhinə olduğunu bildirir.

Xatırladaq ki, Niderlandın xüsusi xidmət orqanları ilk dəfə ötən il Çinə qarşı açıq şəkildə casusluq ittihamı irəli sürüb.Bildirilib ki, Çin dövlətinin dəstəklədiyi hakerlər 2023-cü ildə Niderland ordusunun şəbəkəsinə daxil olublar.Nazirin sözlərinə görə, bu cür təhlükələr Hollandiya üçün getdikcə daha vacib məsələ halına gəlir. 

"Çin yalnız iqtisadi güc kimi yox, eyni zamanda bu gücdən siyasi təzyiq vasitəsi kimi də istifadə edir. Bizə təsir göstərmək üçün iqtisadi asılılıqlarımızdan yararlanırlar", - deyə Brekelmans bildirib.

Onun sözlərinə görə, Niderland artıq əsas sənaye sahələrini və strateji maraqlarını qorumaq üçün müəyyən tədbirlər görüb.

Lakin həm milli səviyyədə, həm də Avropa İttifaqı daxilində Çindən asılılığın azaldılması üçün əlavə addımlar atılmalıdır.

"Xüsusilə vacib xammal və resursların tədarükündə Çindən asılılığımızı azaltmalıyıq", - deyə nazir vurğulayıb.

Səbinə Uğur
"Cebheinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri