Çin Cənubi Koreyanı uydurma və yalan xəbərlər yaymağı dayandırmağa çağırıb
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin Cənubi Koreya rəsmilərini ikitərəfli münasibətləri müdaxilə və təsirdən qorumaq üçün ölkə haqqında yalan xəbərlər yaymağı dayandırmağa çağırdı.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.
Onun sözlərinə görə, Çin həmişə başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb və Cənubi Koreya xalqının daxili problemlərini düzgün həll etmək üçün lazımi müdriklik və bacarıqlara malik olduğuna inanır.
“Çin Cənubi Koreyanın bəzi qüvvələri və fərdləri tərəfindən eqoist siyasi məqsədlər üçün ölkə ilə bağlı məsələlərə yanşmalarından və onların şişirdilməsindən son dərəcə narazıdır və qəti şəkildə buna qarşıdır. Qonşularınıza palçıq atmaq problemlərin həllinə kömək etməyəcək. Çin-Cənubi Koreya əlaqələrinin sağlam və davamlı inkişafı iki ölkənin ümumi maraqlarına uyğundur.
Biz bir daha Cənubi Koreyanın müvafiq rəsmilərini Çin haqqında yalan xəbərlər uydurmağı, böyük hay-küy salmağı, Çinlə bağlı məsələlərdən siyasi məqsədlər üçün istifadə etməyi dayandırmağa çağırırıq", - diplomat yekunlaşdırıb.
Pərvanə Sultanova
