Çin çətin ki, Trampın təhdidləri səbəbindən Rusiyadan neft almağı dayandırsın KİV
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın Rusiyadan enerji idxal edən ölkələrə yüksək tariflər tətbiq etməklə hədələmələrinə baxmayaraq, Moskva ilə Pekin arasında enerji sektorunda qarşılıqlı faydalı münasibətləri nəzərə alaraq, Çin çətin ki, Rusiyadan neft almağı dayandırsın. SİA-nın xəbərinə görə, bu fikri ekspertlər "South China Morning Post" (SCMP) qəzetinin səhifələrində bildiriblər.
Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya üzrə mütəxəssisi Li Lifan hesab edir ki, ABŞ hazırda Çin və Rusiya arasında siyasi və iqtisadi münasibətləri poza bilməz, çünki iki ölkənin liderləri Şanxay Əməkdaşlıq Təşkilatının Tyansində keçiriləcək sammitində və sentyabrda Çində keçiriləcək Qələbə paradında görüşəcəklər.
Onun fikrincə, “Çin və Rusiya nefti öz valyutalarında ticarət edə bilərlər ki, bu da ABŞ-nin ikinci dərəcəli sanksiyalarından yan keçməyə kömək edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 06 Avqust 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















