Çin dünyada elektromobillərin ən böyük şarj şəbəkəsini qurur
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 26 avqust, AZƏRTAC
Çin rəsmisi çərşənbə axşamı bildirib ki, 14-cü Beşillik Plan (2021-2025) dövründə dünyanın ən böyük elektrik avtomobili (EV) şarı şəbəkəsini yaradılacaq.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin Milli Enerji Administrasiyasının rəhbəri Van Honzi mətbuat konfransında bildirib: “Çin, eyni zamanda, dünyanın ən böyük və ən sürətlə inkişaf edən bərpaolunan enerji sistemini inşa edib və bu sistemin ümumi quraşdırılmış elektrik istehsalı gücündə payı 40 faizdən təxminən 60 faizə yüksəlib.
Onun sözlərinə görə, Çin hazırda dünyanın ən böyük elektromobil istehsalçısıdır və bu nəqliyyat vasitələri ölkə daxilində sürətlə yayılır. Bunu nəzərə alan hökumət şarj stansiyaları şəbəkəsinin genişləndirilməsinə əlavə maliyyə vəsaiti ayırmaq barədə qərar qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 26 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















