“Çin dünyada sülhün qorunması üçün məsuliyyət götürməyə hazırdır” Si Cinpin
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT-nin Baş katibi Antonio Quterreş avqustun 30-u təhlükəsizlik forumu çərçivəsində Çin Sədri Si Cinpinə bildirib ki, rəsmi Pekinin çoxtərəfli yanaşmanın qorunmasında rolu başlıca əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Çoxtərəfli münasibətlərin tənqid edildiyi bu anda Çinin dəstəyi mühüm elementdir. Çin Xalq Respublikasının çoxtərəfli sistemin fundamental dayağı kimi rolu son dərəcə vacibdir və biz buna görə çox minnətdarıq", - o əlavə edib.
Çin Sədri isə öz növbəsində vurğulayıb ki, ölkə BMT ilə əməkdaşlığı dərinləşdirməyə, onun beynəlxalq münasibətlərdəki mərkəzi rolunu dəstəkləməyə hazırdır. O qeyd edib ki, Çin inkişafa və tərəqqiyə töhfə verərək dünyada sülhün qorunması üçün məsuliyyət götürməyə hazırdır.
Baxış sayı:82
Bu xəbər 30 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















