Çin dünyaya səsləndi: “İsrail dövləti çoxdan yaranıb, lakin…” KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Çinin xarici işlər naziri Vanq Yi beynəlxalq ictimaiyyəti Ukrayna böhranını həll etməyə çalışarkən Qəzza zolağındakı vəziyyəti diqqətdə saxlamağa çağırıb.
KONKRET.az xəbər verir ki, o, bunu BMT Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib:
“Hazırda bütün tərəflər Ukrayna böhranından narahatdır. Lakin dünyada təkcə Ukrayna problemi deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini tələb edən Qəzza münaqişəsi kimi bir çox başqa qaynar nöqtələr var. Onları arxa plana atmaq olmaz”.
Vanq Yi həmçinin vurğulayıb ki, BMT-nin iki dövlətin – Fələstin və İsrailin yaradılması haqqında qətnamə qəbul etməsindən 70 ildən çox vaxt keçib, lakin bu qərarın yalnız yarısı indiyədək həyata keçirilib:
“İsrail dövləti çoxdan yaranıb, lakin Fələstin xalqının hələ də öz ölkəsi yoxdur”, -deyə Vanq Yi vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















