Çin gömrük rəisinin müavini korrupsiyaya görə işdən çıxarıldı
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin Baş Gömrük İdarəsinin rəis müavini Sun Yuninq korrupsiyaya görə tutduğu vəzifədən və Çin Kommunist Partiyasının (ÇKP) sıralarından xaric edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə ÇKP-nin Mərkəzi İntizam Təftiş Komissiyası məlumat yayıb.
2024-cü ilin sentyabrında komissiya Sun Yuninqə qarşı intizam işi başladıb. Müəyyən olunub ki, o, öz xidməti vəzifələrini lazımınca yerinə yetirə bilməyib və dövlət vəsaitinin bölüşdürülməsinə müdaxilə edib. Keçmiş məmur səlahiyyətlərindən şəxsi maraqları və vəzifə səlahiyyətlərindən üçüncü şəxslərə kömək etmək üçün istifadə edib.
Həmçinin keçmiş rəis müavini hədiyyələr qəbul edib və xidməti vəzifələrinin qərəzsiz yerinə yetirilməsinə təsir göstərə biləcək səfərlərə razılaşıb.
Sabiq məmurun qanunsuz qazancı müsadirə edilib və cinayət işi davam etdirilməsi üçün prokurorluğa göndərilib.
Baxış sayı:145
Bu xəbər 14 Mart 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















