Icma.az
close
up
RU
Çin hələ mikroskop altında baxır

Çin hələ mikroskop altında baxır

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yazıçı olanda nə olar, mən də öz siyasi intuisiyamın diqtəsini paylaşmaq istəyirəm. Bu yazımda bütün dünya gündəmini zəbt edən Tramp-Zelenski deyişməsi və bu olayın ətrafında öz versiyalarımla gəlişmələr etmək niyyətindəyəm. 

Başlayaq ondan ki, nə üçün Trampla Zelenski "evin sirrini” bütün dünyanın gözü qarşısında dartışdılar? Guya o boyda Ağ Evdə iki nəfərin söhbəti üçün qapalı bir otaq yox idimi? Demək, əvvəlcədən quraşdırılmış bu spektakl dünya ictimaiyətinə hesablanmışdı. Sən demə, kütlə üçün küt oyunlar oynamaq lazım imiş. 

Oyun belə getdi: guya Amerika yardım üçün ağız açan Zelenskinin sinəsindən geri itələdi. Həm də guya, Tramp  Amerikası heç də bu müharibənin tərəfdarı deyil, Zelenskidən sülhə getməyi tələb edir. Mən elə bilirdim adamlar bu məzhəkəyə inanmayacaqlar, heyhat, kütləvi şəkildə inanıldı!   

Ancaq Ukrayna üçün rahatsız olanlara deyirəm, qəti narahat olmayın, Trampın fikri öz nüfuzunu müvəqqəti  qurban verib Zelenskinin "blatını” qaldırmaq idi, bunu da balaca bir deyişmə ilə bacardı. 

Bu məsələnin Avropa ölkələri ilə də əvvəlcədən razılaşdırıldığı aydın göründü, görən gördü: bütün Avropa mütəşəkkil şəkildə Zelenskini gözləyirdi. Elə həmin gün Beynəlxalq Valyuta Fondu Ukraynaya 400 milyon dollarlıq yardım paketi ayırdı. Halbuki, bu cür yardımların ayrılması üçün müzakirələrə aylar, illər sərf edilirdi. Bu dəfə hiss olundu ki, proses çoxdan həll olunub, elə Zelenskinin bu üzə, Avropa tərəfə adlamasını gözləyirlər. Gecəynən də bütün Avropa ölkələrinin liderləri əyinlərində "finka” Ukraynanın yanında olmaları barədə bəyanat imzaladılar. 

Ağ Evdəki görüşün "skandal” kimi təqdim olunmasında məqsədlərdən biri də Avropanı müharibəyə "oyatmaq” idi. Çoxdan idi Tramp Avropa ölkələrini Ukraynaya minimal yardım etdiklərinə görə məsuliyətsizlikdə və xəsislikdə suçlayırdı. Hətta bir dəfə Tramp üzünü avropalılara tutub demişdi: "Bizim heç vecimizə də deyil, Rusiya ilə aramızda okeanımız var, siz öz başınızın çarəsini qılın!” 

Zelenski ilə görüşdə oynadığı rolla Tramp "yatan” avropalılara çatdırdı ki, Amerika doğrudan da Ukraynaya dəstəyini yığışdırsa siz Rusiya ilə üz-üzə qala bilməzsiniz, bir-bir məhv olarsınız.   

Heç kim düşünməsin ki, Amerika, yəni Tramp Zelenskinin arxasından qaçacaq. Qətiyyən yox! Əksinə, Tramp Zelenskini ikiqat dəstəkləməyə girişib, təki Ukrayna Rusiya ilə vuruşmaqdan imtina etməsin. İngilis üçün bu çox vacibdi: iki slavyan biri-birini nə qədər çox qırsa o qədər yaxşıdı. 

Prosesin gedişatı tezliklə çox gizlinləri üzə çıxaracaq. Ola bilsin, Çinin də Ukraynaya yaxınlaşması üçün ABŞ özünün  kənarda olduğunu göstərməlidi. Ancaq Pekin hələ ki, bu müharibədə tərəfsiz görünməyə çalışır. 

Birbaşa hərbi yardım göstərməsə də Çin Qırmızı Xaç Cəmiyyəti Ukraynaya humanitar yardım göndərib. Bu yardım, eynən Azərbaycanın Ukraynaya yardımı kimi, ərzaq məhsulları, ilkin zəruri məhsullar və digər ləvazimatlardan ibarət olub. Bacardıqca neytral görünməyə çalışan Çin Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara da qoşulmayıb və Rusiya ilə iqtisadi əlaqələrini davam etdirməkdədi.

Dediyim kimi, siyasətçi deyiləm, bir yazıçı kimi düşünürəm ki, Çin Rusiya ilə dostluq münasibətini hələm-hələm pozmaz. Ancaq eyni zamanda, Rusiyanın Uzaq Şərqdəki torpaqlarına iddiası və ehtiyacı olan "cücü yeyən” Çin Rusiyanın çökməsini hiss eləsə pay qoparmaq naminə ABŞ-nin diqtəsi ilə hərəkətə keçə bilər.  

"Çoxuşaqlı” Çinin Rusiya torpaqlarına iddiası və ehtiyacı böyükdü. Təkcə birini deyim, Çin içməli su ehtiyatının böyük hissəsini Baltik dənizindən çəkilmiş nəhəng xəttlə ödəyir. Lakin hiss olunan odur ki, Çin dünyada gedən proseslərə öz qıyıq gözü ilə "mikroskop altında” baxır. Lakin indilikdə Rusiyanın xammalı və bazarı bu ölkə üçün böyük əhəmiyət daşıyır. 

Gələk bu tərəfə, yenə deyirəm, ABŞ Ukraynaya açıq, yaxud gizlin yardımını heç vaxt dayandırmayacaq. Bir şərtlə ki, bu müharibədə nə Rusiya, nə də Ukrayna üstün olsun! Qüvvələr bərabər olmalıdır ki, qırğın çox olsun. 

O ki qaldı, Rusiyanın zəifləməsi, özünə çəkilməsi, mərkəzə qaçma təcili ilə parçalanmasına, bu, bütün türk dövlətləri üçün də göydəndüşmə olardı. 

Ancaq düşünürəm ki, "Ayının dərisinin” bölüşdürülməsinə hələ çox var... 

Murad Köhnəqala

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Mart 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri