Çin Hindistan və Pakistanı vəziyyəti daha da çətinləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıb
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çin Hindistan və Pakistanı soyuqqanlı və təmkinli olmağa, vəziyyəti daha da çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bəyan edib.
Çərşənbə günü səhər Hindistanın Pakistana hərbi zərbələr endirməsi və Pakistanın reaksiyasına münasibət bildirən XİN rəsmisi deyib ki, Çin Hindistanın hərbi hərəkətindən təəssüflənir və mövcud hadisələrdən narahatdır:
“Çin terrorun istənilən formasına qarşıdır. Hindistan və Pakistan bir-birinin qonşusudur və həmişə də bir-birinin qonşusu olacaq, hər dövlət Çinlə qonşudurlar. Biz, Hindistan və Pakistanı sülh və sabitliyə üstünlük verməyə, soyuqqanlılığı və təmkinliliyi qorumağa, vəziyyəti daha da çətinləşdirəcək hərəkətlərdən çəkinməyə çağırırıq".
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















