Icma.az
close
up
RU
Çin ilə ABŞ arasında iqtisadi ticari məsələlər üzrə konsensus əldə olunub

Çin ilə ABŞ arasında iqtisadi ticari məsələlər üzrə konsensus əldə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 oktyabr, AZƏRTAC

Malayziyanın paytaxtında iki gün davam edən danışıqlardan sonra Çin və ABŞ nümayəndə heyətləri müvafiq ticarət və iqtisadi məsələlərin həlli üçün razılaşmalar barədə konsensus əldə ediblər.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Baş nazirinin müavini He Lifen şənbə və bazar günləri Kuala-Lumpurda ABŞ Maliyyə Naziri Skott Bessent və Birləşmiş Ştatların ticarət nümayəndəsi Ceymison Qrin ilə görüşüb.

O, görüşdən sonra Çin-ABŞ iqtisadi-ticari münasibətlərinin mahiyyətinin qarşılıqlı faydalı olduğunu, hər iki ölkənin əməkdaşlıqdan qazanc əldə etdiyini, qarşıdurmadan isə uduzduğunu bildirib.

Bu ilin əvvəlindən bəri iki dövlət başçısının telefon danışıqları zamanı əldə etdiyi mühüm konsensusa əsasən, tərəflər arasında qarşılıqlı maraq doğuran əsas ticarət və iqtisadi məsələlər, o cümlədən ABŞ-ın Çinin dənizçilik, logistika və gəmiqayırma sənayesi ilə bağlı Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində başlatdığı istintaqın həlli tədbirləri, tariflərin dayandırılmasının uzadılması, fentanil ilə əlaqəli tariflər və onların tətbiqi, kənd təsərrüfatı ticarəti və ixrac nəzarəti üzrə əməkdaşlıq barədə səmimi, dərin və konstruktiv fikir mübadiləsi aparılıb.

Hər iki tərəf konkret detalları müəyyənləşdirmək və bir-birinin daxili təsdiq prosedurlarına əməl etmək barədə razılığa gəlib. He Lifen qeyd edib ki, Çin-ABŞ ticarət əlaqələrinin sabit inkişafının qorunması iki ölkənin və xalqlarının ümumi mənafeyinə xidmət edir, həmçinin beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. O, iqtisadi və ticari fərqlər, habelə çəkişmələr ilə bağlı hər iki tərəfin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət etməli, bərabər əsasda dialoq və məsləhətləşmələr aparmalı və bir-birinin narahatlıqlarına əsaslanaraq vəziyyəti düzgün həll etməyin yollarını tapmalı olduğunu bildirib.

Çin rəsmisi vurğulayıb ki, iki ölkə arasında iqtisadi-ticari məsləhətləşmələr üzrə çətin qazanılmış nəticələri qorumaq üçün Pekin və Vaşinqtonun birgə səyləri tələb olunur. O, həmçinin ABŞ-ı Çinlə daha sıx qarşılıqlı fəaliyyətə, iki dövlət başçısının telefon danışıqları zamanı əldə etdikləri vacib konsensusu, eləcə də bu il keçirilən ikitərəfli ticarət danışıqlarının nəticələrini həyata keçirməyə, etimadı daha da gücləndirməyə, fikir ayrılıqlarını idarə etməyə və Çin-ABŞ ticarət və iqtisadi münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa çağırıb.

Amerika tərəfi isə ABŞ ilə Çin arasındakı iqtisadi-ticari əlaqələrin dünyada ən təsirli ikitərəfli münasibət olduğunu vurğulayıb və fikir ayrılıqlarını düzgün şəkildə həll etmək, əməkdaşlığı dərinləşdirmək və ortaq inkişafı təşviq etmək üçün Pekin ilə bərabərlik və hörmət ruhunda işləməyə hazır olduğunu bildirib.

Hər iki tərəf Donald Tramp və Si Cinpinin strateji rəhbərliyi ilə Çin-ABŞ iqtisadi-ticari məsləhətləşmələri mexanizmindən tam istifadə edəcəkləri, müvafiq ticarət və iqtisadi narahatlıqlar barədə sıx ünsiyyət saxlayacaqları, münasibətlərin sağlam, sabit və davamlı inkişafını təşviq edəcəkləri, hər iki ölkənin xalqlarına fayda gətirəcəkləri və qlobal rifaha töhfə verəcəkləri barədə razılığa gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri