Icma.az
close
up
RU
Çin ilə ABŞ “Ticarət müharibəsi” qızışır

Çin ilə ABŞ “Ticarət müharibəsi” qızışır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin ABŞ-dən idxal olunan məhsullara qarşı cavab rüsumları tətbiq edib.

"Cebheinfo.az" "Reuters" istinadən bildirir ki, Çin, ABŞ-dən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq edib.

Bu addım, ABŞ-nin Çin mallarına qoyduğu yeni rüsumlara cavab olaraq atılıb və beləliklə dünyanın iki ən böyük iqtisadiyyatı arasında “ticarət müharibəsi”ni yenidən alovlandırıb. 

Xatırladaq ki, ABŞ Prezident Donald Tramp seçkidə qalib gəldikdən sonra verdiyi vədə uyğun olaraq, Tramp Kanada və Meksikadan idxal edilən mallara 25 %, Çindən idxal edilən məhsullara isə 10 % rüsum tətbiq edib. Məhz Tramp Çini qeyri-qanuni narkotik axınını dayandırmadığına görə cəzalandırmaq məqsədilə bu qərarı verib.

Belə ki, Trampın Çin mallarına tətbiq etdiyi əlavə 10 %-lik idxal rüsumları 4 fevral yerli vaxtla 12:01-də (GMT üzrə 05:01) qüvvəyə minib.

Bundan bir neçə dəqiqə sonra Çin Maliyyə Nazirliyi açıqlama verərək, ABŞ-dən idxal edilən kömür və maye qaz (SPG) üçün 15 %, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillər üçün isə 10 % gömrük rüsumu tətbiq edəcəyini bildirib. 

Nazirliyin məlumatına görə, ABŞ məhsullarına qarşı yeni rüsumlar 10 fevraldan qüvvəyə minəcək.

Qeyd edək ki, Malayziya isə Çin, Rusiya və Braziliya ilə ticarət əlaqələrini fəal şəkildə genişləndirmək niyyətində olduğunu bildirib. 

Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib  ki, Malayziya ABŞ-nin mümkün tarif qərarlarını gözləmək əvəzinə, öz ticarət strategiyasını formalaşdırmalıdır.

Ənvər İbrahim  parlamentdə çıxışı zamanı bildirib ki, ABŞ-nin Kanadaya və Meksikaya qarşı tariflərinin 30 günlük dayandırılmasından sonra vəziyyət qeyri-müəyyən olaraq qalır və Malayziya ehtiyatla hərəkət etməlidir. 

Baş nazir qeyd edib ki, ABŞ-nin Çinə tətbiq etdiyi tariflər hələ qüvvəyə minməyib, lakin Malayziya ticarət siyasətində tələsik addımlar atmamalıdır:

"Öz tərəfimizdən biz aktiv addımlar atmalıyıq və ticarət tərəfdaşlarımızın şəbəkəsini genişləndirməyə fəal şəkildə çalışmalıyıq".

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri