Icma.az
close
up
RU
Çin ilə ASEAN arasında azad ticarət zonası əməkdaşlığı yenilənib

Çin ilə ASEAN arasında azad ticarət zonası əməkdaşlığı yenilənib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 28 oktyabr, AZƏRTAC

Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammiti çərçivəsində təşkilat üzvləri ilə Çin arasında azad ticarət zonası əməkdaşlığınn yenilənməsinə dair protokol imzalanıb.

AZƏRTAC xəbər verir ki, Çin Kommersiya Nazirliyinin açıqlamasında azad ticarət zonası əməkdaşlığının yenilənməsinin (3.0 versiyası) regional və qlobal iqtisadi inkişafa daha çox inam və təkan verəcəyi qeyd olunub.

“Beynəlxalq qaydalara əsaslanan iqtisadi və ticarət sisteminə ciddi çağırışlar qarşısında protokol Çin və ASEAN-ın çoxtərəfli və sərbəst ticarətə möhkəm bağlılığını nümayiş etdirir”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Yeniləmə gömrük prosedurları və ticarətin asanlaşdırılması, standartlar, iqtisadi və texniki əməkdaşlıq kimi mövcud sahələrlə yanaşı, rəqəmsal iqtisadiyyat, yaşıl iqtisadiyyat, təchizat zəncirinin qarşılıqlı əlaqəsi, rəqabət və istehlakçıların müdafiəsi, mikro, kiçik və orta müəssisələr kimi yeni sahələri, ümumilikdə 9 istiqaməti əhatə edir.

Qeyd edək ki, Çin-ASEAN Azad Ticarət Zonası əməkdaşlıq formatı 2002-ci ildə yaradılıb 1.0 versiyası 2010-cu ildə tam tətbiq olunub. Sonrakı versiya üzrə 2.0 protokolu 2015-ci ildə imzalanıb və 2019-cu ildə tam qüvvəyə minib. Sonuncu versiya üçün danışıqlar 2022-ci ilin noyabrında başlayıb və bu ilin mayında uğurla başa çatıb.

Çin ardıcıl 16 ildir ASEAN-ın ən böyük ticarət tərəfdaşıdır, ASEAN isə son 5 ildə Çinin əsas ticarət tərəfdaşı olub. Ötən il ikitərəfli ticarət 982,3 milyard ABŞ dollarına çatıb ki, bu da 2002-ci ildəkindən 17 dəfə çoxdur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri