Icma.az
close
up
RU
Çin iqtisadiyyatında müsbət dinamika qeydə alınıb

Çin iqtisadiyyatında müsbət dinamika qeydə alınıb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Çin İqtisadiyyatı 2025-ci ildə güclü bir başlanğıc götürərək, müsbət dinamikasını qoruyub saxlayıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb. Qeyd olunub ki, 2025-ci ilin ilk iki ayında bir sıra əsas göstəricilərdə əhəmiyyətli artım olub, məşğulluq nisbətən sabit qalıb və yeni keyfiyyətli məhsuldar qüvvələrin inkişafı fasiləsiz davam edib.

Yanvar və fevral aylarında güclü iqtisadi göstəriciləri nəzərə alaraq, Çinin 2025-ci ildə 5 faiz ətrafında iqtisadi artım hədəfinə çatmaq potensialına malik olduğunu söyləmək mümkündür. 2025-ci ilin ilk iki ayında Çinin sənayesi əvvəlki dövrlə müqayisədə 5,9 faiz artıb. Fevralda yanvar ayı ilə müqayisədə sənaye istehsalının həcmi 0,51 artıb.

Hesabat dövründə ölkədə əsas kapitala yatırılan ümumi investisiya 5,2619 trilyon yuan (təqribən 734 milyard ABŞ dolları) təşkil edib. Bu, 4,1 faiz artım deməkdir. 2024-cü ilin illik artım tempindən 0,9 faiz çoxdur. Eyni dövrdə infrastruktur tikintisinə investisiyalar 5,6 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə emal sənayesinə investisiyalar 9 faiz artıb.

Ölkədə məşğulluq vəziyyəti ümumilikdə sabit olaraq qalır. 2025-ci ilin yanvar-fevral aylarında Çin şəhər və qəsəbələrində sorğuya görə orta işsizlik səviyyəsi 5,3 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün səviyyəsinə bərabərdir.

Milli Statistika Bürosundan bildirilib ki, göstəricilər Çinin sabit və sağlam iqtisadi inkişafı qorumaq üçün çox əlverişli şəraitə malik olduğunu nümayiş etdirir.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri