Çin İranda həlak olan məktəblilərin ailəsinə maddi yardım edəcək 200 min dollar
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin İranın cənubunda məktəbə edilən hücum nəticəsində həyatını itirən şagirdlərin ailələrinə dəstək məqsədilə humanitar yardım ayırdığını açıqlayıb.
Məlumata görə, "Red Cross Society of China" tərəfindən Iranian "Red Crescent Society" təşkilatına 200 min dollar məbləğində təcili yardım göndəriləcək. Yardımın əsasən hücum zamanı həyatını itirən şagirdlərin ailələrinə dəstək üçün istifadə olunacağı bildirilib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Co Ciakun bildirib ki, məktəblərə və uşaqlara qarşı hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. O, bu cür hadisələrin “insanlığın vicdanına zidd” olduğunu vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı ölkənin cənubunda yerləşən Minab şəhərində yerləşən məktəb bombalanıb. Hücum nəticəsində əksəriyyəti uşaq olmaqla 185 nəfərin həyatını itirdiyi bildirilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 Mart 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















