Çin İranın dinc atom hüququna hörmət edir Si Cinpin
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin prezidenti Si Cinpin Pekində İran lideri Məsud Pezeşkianla danışıqları zamanı bildirib ki, Çin İranın nüvə silahının hazırlanmasından imtina etmək öhdəliyini qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət edir.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Çin İranın nüvə silahından imtina etmək öhdəliyini dəfələrlə təsdiq etməsinə böyük əhəmiyyət verir, Tehranın dinc nüvə enerjisi hüququna hörmət edir və İranı öz milli suverenliyini və ərazi bütövlüyünü qorumaqda dəstəkləyir", - deyə o, bildirib.
O, həmçinin Pekinin İranla qarşılıqlı etimadı dərinləşdirməyə, ticarət, investisiya, yaşıl enerji və digər sahələrdə əməkdaşlığı genişləndirməyə, humanitar mübadilələri gücləndirməyə və Çin-İran hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin sabitliyini təşviq etmək üçün birgə çalışmağa hazır olduğunu vurğulayıb.
Baxış sayı:74
Bu xəbər 02 Sentyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















