Çin İsrail İran münaqişəsi ilə bağlı birgə bəyanatı alqışlayır XİN
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin 21 ərəb və İslam ölkəsinin İsrail-İran münaqişəsi ilə bağlı birgə bəyanatını alqışlayır və vəziyyətin yüngülləşdirilməsinə kömək etmək üçün müvafiq tərəflərlə işləməyə hazırdır.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Jiakun bildirib.
İyirmi bir ölkənin xarici işlər nazirlərinin yaydığı birgə bəyanatda digər ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, mehriban qonşuluq və dostluq prinsipinə riayət etməyə, mübahisələrin sülh yolu ilə həllinə çağırılıb.
Qu Jiakun əlavə edib ki, İsrailin İrana hücumu regionda vəziyyətin qəfil gərginləşməsinə səbəb olub və bu, beynəlxalq ictimaiyyətin diqqətini artırıb. Onun sözlərinə görə, əsas prioritet atəşə və müharibəyə son qoymaq, münaqişənin daha da genişlənməsinə yol verməmək üçün təsirli tədbirlərin görülməsi, regionun növbəti iğtişaşlara qərq olmasının qarşısını almaq, problemlərin dialoq və danışıqlar yolu ilə siyasi həlli yoluna qayıtmaqdır.
“Çin birgə bəyanatı alqışlayır və müvafiq ölkələrin gərginliyi azaltmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Çin bütün maraqlı tərəflərlə əlaqə saxlamağa və vəziyyətin yumşaldılmasında konstruktiv rol oynamağa hazırdır”, - XİN rəsmisi söyləyib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 17 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















