Çin Koreya ilə valyuta mübadiləsi sazişini uzadıb
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin Xalq Bankı Koreya Bankı ilə ikitərəfli valyuta svop müqaviləsini uzadıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankı məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında svop həcmi təxminən 56,44 milyard dollar təşkil edir.
Svop müqaviləsi 5 il müddətinə qüvvədədir və qarşılıqlı razılaşma əsasında daha da uzadılması mümkündür.
Çin Xalq Bankı valyuta svop sazişinin müddətinin uzadılmasının iki ölkə arasında monetar və maliyyə əməkdaşlığının daha da dərinləşməsinə, ikitərəfli ticarət prosedurlarının asanlaşdırılmasının təşviqinə və maliyyə bazarlarının sabitliyinin qorunmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib
28 May 2026 15:52
Cənubi Koreya Rusiya, Çin və Şimali Koreya yaxınlaşmasından narazıdır?
28 Sentyabr 2025 20:56
ABŞ ticarət sazişini pozub Çin
03 İyun 2025 03:22
ABŞ və Cənubi Koreya ticarət sazişini razılaşdırıb
26 Avqust 2025 01:22
Serbiya Rusiya ilə qaz sazişini sentyabrın sonuna qədər uzadıb
27 May 2025 04:49
Baxış sayı:102
Bu xəbər 03 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















