Icma.az
close
up
RU
Çin kosmik stansiyasında litium ion akkumulyatorları ilə təcrübə aparılıb

Çin kosmik stansiyasında litium ion akkumulyatorları ilə təcrübə aparılıb

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin kosmik stansiyasında litium-ion akkumulyatorları ilə təcrübə aparılıb

Çinin "Tyanqun" kosmik stansiyasının göyərtəsində litium-ion akkumulyatorları (batareyaları) ilə bağlı yeni fundamental elmi təcrübə aparılıb. Oxuməni.az-ın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çin Elmlər Akademiyasının Dalian Kimya Fizikası İnstitutundan bildirilib.
"Şençjou-21" kosmik gəmisinin üç ekipaj üzvü tərəfindən aparılan bu təcrübə, kosmosun unikal şəraitində batareyaların işləməsinə səbəb olan mexanizmləri aşkar etməyi hədəfləyib.
Litium-ion batareyaları yüksək enerji sıxlığı və etibarlılığı sayəsində müasir kosmik uçuşlar üçün vacibdir. Lakin, adı çəkilən institutun izah etdiyi kimi, Yer şəraitində onların daxili davranışını, xüsusilə kimyəvi maddələrin elektrolitdə necə paylandığını tam anlamaq çətindir, çünki bu, çıxış gücünə və xidmət müddətinə kritik təsir göstərir.
"Yerdə aparılan təcrübələrdə əsas problem qravitasiyadır," - institutdan bildirilib. "Qravitasiya daim elektrik sahələri ilə qarşılıqlı əlaqədə olur, bu da batareyaların daxili proseslərinə təsirini müəyyənləşdirməyi çətinləşdirir."
Əksinə, kosmik stansiyadakı mikroyüngüllük şəraiti qravitasiya qüvvəsinin müdaxiləsi olmadan bu prosesləri müşahidə etmək üçün ideal bir mühit təqdim edir.
İnstitut vurğulayıb ki, mikroyüngüllük şəraitində aparılan təcrübənin nəticələri qravitasiya və elektrik sahələri arasındakı qarşılıqlı əlaqənin anlaşılmasındakı mövcud məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək.
Bu nəticələr orbitdəki mövcud batareya sistemlərini təkmilləşdirməyə və gələcək kosmik tədqiqatlar üçün daha yüksək enerji sıxlığına malik, daha təhlükəsiz yeni nəsil batareyalar hazırlamağa kömək edəcək.


Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 07 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri