Çin kosmosda məhsul yetişdirir kartof, günəbaxan, kök...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Çin orbitdə 14 növ bitkidən 20-dən çox çeşid yetişdirərək kosmik stansiyada kənd təsərrüfatı bitkilərinin genişmiqyaslı becərilməsi üçün baza yaradıb. Bu barədə Çin Astronavt Hazırlığı Mərkəzi məlumat yayıb.
"Tiangong" kosmik stansiyasının göyərtəsində kahı, kök, günəbaxan, kartof və buğda yetişdirilir. 2025-ci ildə stansiyaya aeroponik üsulla – bitkilərin torpaqsız becərilməsi metodu ilə – daha səmərəli bitki yetişdirmə qurğusu çatdırılıb. Buğda artıq kosmosda tam becərilmə dövrünü başa vurub, toplanmış toxumlardan əldə edilən ikinci məhsul isə yığım mərhələsinə yaxınlaşıb.
Mərkəzin məlumatına görə, stansiyada hazırda iki bitki yetişdirmə sistemi – substratdan istifadə və aeroponik üsul tətbiq edilir. Bu sistemlər suyun, havanın və qidanın birbaşa kosmosda əldə edilərək emal olunmasına imkan verən qapalı həyat təminatı sisteminin hazırlanması üçün istifadə edilir.
Mətləb
Baxış sayı:103
Bu xəbər 21 Sentyabr 2026 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















