Çin Latın Amerikası ölkələrinə 9,2 milyard dollar kredit verəcək
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 13 may, AZƏRTAC
Çin Latın Amerikası ölkələrinə 66 milyard yuan (Çin Mərkəzi Bankının hazırkı məzənnəsi ilə təxminən 9,2 milyard dollar) məbləğində kredit verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.
“Çin Latın Amerikası tərəfinə 66 milyard yuan məbləğində kredit xətti verəcək”, - deyə o, Çin-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) forumunun 4-cü nazirlər iclasının açılış mərasimində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Çin bu regiondakı ölkələrdən daha keyfiyyətli məhsul idxal etmək niyyətindədir. "Biz Latın Amerikası və Karib hövzəsi ölkələrinin inkişafını dəstəkləmək üçün investisiya axınının artırılmasını stimullaşdıracağıq", - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 May 2025 07:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















