Icma.az
close
up
RU
Çin maşınları ilə bağlı əsas problem nədir? AÇIQLAMA

Çin maşınları ilə bağlı əsas problem nədir? AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Elektromobillər, hibrid, "plug-in" hibrid kimi avtomobillər artıq bir neçə ildir ki, Azərbaycanda da satış bazarına daxil ola bilib. Lakin araşdırmalardan məlum olur ki, xüsusən Çin istehsalı olan markaların çoxunun Azərbaycanda ya servisi yoxdur, ya da texniki xidmət kimi bir vəzifəni icra edə bilmir, yəni defekt yarandıqda problemin həlli uzun vaxt alır.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, Azərbaycanda 20-dən çox Çin avtomobilinin rəsmi idxalçısı, yəni rəsmi distribüteri var.

"Rəsmi idxalçılar avtomobil satışını həyata keçirərkən satış sonrası xidmət departamentində qurumlar təşkil edirlər. Bu satış sonrası xidmət departamentinə avtomobilin servisi, avtomobillərin ehtiyat hissələri anbarı, zəmanət məsələləri daxildir.

Sözsüz ki, ilk dönəmlərdə şirkətlər qurulanda hansısa problemlər, çatışmazlıqlar olur və zaman-zaman bunlar aradan qaldırılır. İndi mən rahatlıqla deyə bilərəm ki, əvvəlki illərə nisbətən ölkəmizdə həmin ehtiyat hissələrin çatışmazlığı və yaxud da az olmaq məsələləri 80% aradan qalxıb", - deyə o əlavə edib.

O qeyd edib ki, artıq bu məsələlər həllini tapmağa doğru gedir:

"Demək olar ki, bu məsələlərin böyük faizi həllini tapıb. Sözsüz ki, iş olan yerdə həmişə nöqsanlar, çatışmazlıqlar var, amma bəzən olur, kiçik bir nöqsanı müəyyən insanlar şişirdir, sosiallaşdırırlar. Burada hansı məqsədlər, məramlar var, bu tərəfinə toxunmaq istəməzdim. Amma onu qeyd etmək istəyirəm ki, artıq Çin avtomobilləri servislərində, rəsmi idxalçı zavodlarda kurs, təlimlər keçmiş ustalar formalaşıb, servislərdə satış sonrası üçün tələb olunan, ehtiyat hissələri anbarının formalaşması üzrə mütəxəssislər var. Bu işlər artıq müsbətə doğru gedir. Ümid edirəm ki, nöqsanlar da yaxın zamanda Çin brendləri tərəfindən aradan qaldırılar".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, bu problemlər artıq özünü qabarıq şəkildə göstərməkdədir:

“İllərdir Azərbaycana gətirilən Çin avtomobilləri bir yana, yeni brendlər ortaya çıxıb və demək olar ki, ildə bir neçəsini də Azərbaycanda görürük. Çin brendi haqqında təqdimatlar olur, yüksək zəmanət, peşəkarlıq və s. məsələlərdən danışılır.

Ancaq oxuyuruq ki, 5-6 ay istismar olunmuş nəqliyyat vasitəsi sıradan çıxıb, nəsə problem yaranıb və servis onu aradan qaldıra bilmir. Bu, sözsüz ki, hamısına aid deyil. Çin maşınlarının bir çoxu artıq oturuşmuş bir diler kimi fəaliyyət göstərir. Servis təminatı, zəmanəti öz qaydasındadır. Ola bilsin ki, bəziləri işlərini qeyri-peşəkar görür, reklamla nəyəsə nail olacağını düşünür. Reklam yaxşı şeydir, amma nəzərə almaq lazımdır ki, servis təminatı, müştəri məmnuniyyəti ondan da vacibdir”.

Ekspertin fikrincə, bu problemlər qısa müddətdən sonra aradan qalxmayacaq.

“Bu, illərlə belə davam edəcək. Çünki istənilən yenilik həyatımıza daxil olanda müxtəlif problemlər də müşahidə oluna bilər. Yaxşı olar ki, dilerlər avtomobil tədarükü həyata keçirərkən ehtiyat hissələrinin, servis təminatının həlli barədə ciddi düşünsünlər. Çinin elə maşınları var ki, bəzi dilerlər onun ilk sınağını Azərbaycanda keçirirlər.

İlk mənbə kimi Azərbaycanı seçirlər və bu, düzgün deyil. Bu cür yanaşma olmaz, insanlar bundan əziyyət çəkir. İnsanlar həmişə çalışır ki, yeni avtomobil alsın. Yeni avtomobil alanda bizim ənənəvi öyrəşdiyimiz modellərə imkan çatmayanda daha ucuz və bir az konfortlu olan Çin maşınlarına üz tuturlar. Xüsusilə bunların arasında hibrid, "plug-in", eyni zamanda, elektrikli avtomobillər daha çoxdur. Dünya trendinə çevrilən elektrikli avtomobillərə də Azərbaycanda böyük maraq var”, - deyə o əlavə edib.

(trend.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri