Icma.az
close
up
RU
Çin maşınları ilə bağlı İLGİNC MƏQAMLAR: Onların ölkəyə gətirilməsi… KONKRET

Çin maşınları ilə bağlı İLGİNC MƏQAMLAR: Onların ölkəyə gətirilməsi… KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlərdə Çin istehsallı avtomobillərin hərəkət zamanı qəfil dayanması sürücülər arasında ciddi narahatlıq yaradıb.

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat ekspertləri məsələni şərh ediblər.

Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, problem yalnız Çin avtomobillərinə aid deyil, istənilən ölkədə istehsal olunan maşında belə nasazlıqlar ola bilər:

Aslan Əsədov

“Əgər yaranmış texniki problem vaxtında aradan qaldırılmırsa, bu ümumi bazar prinsiplərinə ziddir və istehsalçının imicinə zərər vurur. Hazırda bazarda Çin avtomobilləri ilə bağlı müəyyən mənfi rəy formalaşıb. Bu da istehsalçıların problemləri vaxtında həll edə bilməməsi ilə bağlıdır. Bəzən belə hallarda avtomobillərin geri çağırılması və istehsalçı tərəfindən təmin olunması tələb olunur. Əks halda, həmin şirkətlərin reytinqinə mənfi təsir göstərir”, – deyə ekspert qeyd edib.

Digər nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, əsas məsələ avtomobilin istehsal olunduğu ölkə yox, hansı bazar üçün istehsal edilməsidir:

Eldəniz Cəfərov

“Bizim ölkəyə Çindən iki istiqamətdə avtomobillər gətirilir: istehsalçı zəmanəti olan və rəsmi nümayəndəliyi fəaliyyət göstərənlər, bir də zəmanətsiz və rəsmi servisi olmayanlar. Zəmanətli avtomobillər satışdan öncə tam diaqnostikadan keçirilir və qüsurlar aradan qaldırılır. Amma zəmanətsiz gətirilən maşınlarda bu proses olmur, nəticədə risklər artır. Bu problem yalnız Çin istehsalı ilə bağlı deyil, hər hansı ölkənin avtomobilində də yarana bilər”, – deyə ekspert vurğulayıb.

Mütəxəssislərin qənaətinə görə, Çin istehsallı avtomobillərin ölkədə istifadəsinin məhdudlaşdırılması gündəmdə deyil. Sadəcə, alıcılar avtomobil seçərkən rəsmi nümayəndəliyi və istehsalçı zəmanəti olan modellərə üstünlük verməlidirlər.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri