Çin MN: ABŞ Silahlı Qüvvələrimizi nüfuzdan salmaq üçün əlindən gələni edir
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Çin Silahlı Qüvvələrini nüfuzdan salmaq üçün maksimum səy göstərir.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi Çjan Syaoqan Pentaqonun Çinin hərbi gücü haqqında hesabatına münasibət bildirərkən deyib.
“Pentaqonun hesabatında Çinin milli müdafiə siyasəti yanlış şərh edilir, ölkənin daxili işlərinə kobud müdaxilə olunur. Üstəlik, Pentaqon bu hesabatla “Çin təhlükəsi” haqqında narrativ yayaraq Çin Silahlı Qüvvələrini nüfuzdan salmaq üçün əlindən gələni edir. Biz bununla bağlı dərin narazılığımızı və qəti etirazımızı bildiririk”, - o qeyd edib.
Xatırladaq ki, dekabrın 18-də Pentaqon Çinin hərbi gücünə dair illik hesabat dərc edib. Sənəddə qeyd olunub ki, Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər onun arsenalı min ədədi keçəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Dekabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















