Icma.az
close
up
RU
Çin müharibəyə hazırdır Trampa cavab gəldi

Çin müharibəyə hazırdır Trampa cavab gəldi

Icma.az bildirir, Milli.az portalına istinadən.

ABŞ prezidenti Donald Trampın Çin mallarına yeni tariflər tətbiq edəcəyini elan etməsindən sonra Pekin Vaşinqtona sərt reaksiya verib. Çin Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda ABŞ-nin təzyiqlərinə boyun əyməyəcəyini bildirərək "Əgər ABŞ müharibə istəyirsə - istər tarif müharibəsi, istər ticarət müharibəsi, istərsə də başqa bir müharibə - sona qədər döyüşməyə hazırıq" açıqlamasını verib.

Tramp administrasiyası Meksika və Kanada mallarına 25 faiz rüsum tətbiq etdikdən sonra Çindən idxal edilən məhsullara da yeni tariflər qoyub. Prezident Tramp Konqresdə çıxışı zamanı bu siyasətin davam edəcəyini açıqlayaraq aprelin 2-dən etibarən "qarşılıqlı tariflər" və qeyri-tarif tədbirlərinin də qüvvəyə minəcəyini bildirib.

Çin isə bu tariflərin arxasında ABŞ-ın fentanil problemini əsas gətirməsini "əsassız bəhanə" adlandırıb. Pekin Tramp administrasiyasını şantajda ittiham edərək "Təhdidlər bizə təsir etmir. Çinlə düzgün münasibət qurmağın yolu təzyiq, məcburiyyət və təhdidlər deyil" bəyanatını yayıb.

Vaşinqton-Pekin münasibətləri Trampın ilk prezidentlik dövründən bəri gərgin iqtisadi rəqabətlə davam edir. Yanvar ayında Trampın ikinci prezidentlik dövrü başlamazdan bir neçə gün əvvəl, o, Çin lideri Si Cinpinlə telefon danışığı apararaq ticarət, fentanil və TikTok məsələlərini müzakirə etmişdi. Si Trampı təbrik edərək iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinə ümid etdiyini bildirmişdi. Lakin Tramp fevral ayında Çin mallarına 10 faiz əlavə rüsum tətbiq edərək yeni ticarət qarşıdurmasını alovlandırıb.

Pekin isə ABŞ-dan idxal edilən kömür və mayeləşdirilmiş təbii qaz məhsullarına 15 faiz, xam neft, kənd təsərrüfatı texnikası və iri mühərrikli avtomobillərə 10 faiz tarif qoymaqla cavab verib. Bununla yanaşı, Çin "Google"a qarşı antiinhisar araşdırması başladıb və ABŞ-nin məşhur geyim markalarının sahibi PVH-ni "etibarsız şirkətlər" siyahısına əlavə edib. Həmçinin, müdafiə və təmiz enerji sektorlarında istifadə edilən beş nadir metalın ixracına məhdudiyyətlər tətbiq edib.

Fevralın 21-də isə Tramp ABŞ-nin strateji sahələrinə - texnologiya, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, enerji və xammal sektorlarına Çin sərmayələrinin qarşısını alan fərman imzalayıb. Ekspertlər bu addımların iki ölkə arasında iqtisadi münasibətləri daha da gərginləşdirəcəyini və dünya ticarətinə ciddi təsir göstərə biləcəyini bildirirlər.

Qeyd edək ki, fentanil böhranı ABŞ və dünyanın bir çox ölkəsində geniş yayılan opioid epidemiyasının ən təhlükəli mərhələlərindən biridir. Fentanil güclü sintetik opioiddir və tibbdə əsasən ağır ağrıları aradan qaldırmaq üçün istifadə olunur. Lakin qeyri-qanuni istehsal və ticarəti nəticəsində bu maddə heroin və digər narkotiklərə qarışdırılaraq satılır, bu da ölüm hallarının kəskin artmasına səbəb olur.

Fentanil adi opioidlərdən 50 dəfə, heroinlə müqayisədə isə 100 dəfə daha güclüdür. Çox az miqdarı belə ölümcül təsir göstərə bilər. ABŞ-da opioid epidemiyası çərçivəsində baş verən ölümlərin böyük hissəsi məhz fentanillə bağlıdır. 2010-cu illərin ortalarından etibarən fentanilin qeyri-qanuni istehsalı və yayılması sürətlə artıb.

Vaşinqton bu böhranın əsas mənbələrindən biri kimi Çini göstərir. ABŞ hökuməti Çindən və Meksikadan gələn fentanil və onun prekursor kimyəvi maddələrinin ölkəyə axınının qarşısını almaq üçün müxtəlif tədbirlər görür, o cümlədən sərt ticarət məhdudiyyətləri və tariflər tətbiq edir. Pekin isə bu iddiaları rədd edir və ABŞ-nin problemin həlli üçün daxili tədbirlər görməli olduğunu bildirir.

Fentanil böhranı ABŞ-da narkotik istifadəsindən ölüm hallarını rekord həddə çatdırıb. 2021-ci ildə təkcə bu maddə ilə əlaqəli 70 mindən çox ölüm qeydə alınıb. ABŞ hökuməti bu böhrana qarşı sərt hüquq-mühafizə tədbirləri ilə yanaşı, narkotikdən asılılığı olan şəxslərə tibbi və psixoloji dəstək proqramlarını genişləndirmək üçün səylər göstərir.

İslam
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Mart 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri