Çin Niderlandı ərazi suverenliyini pozmaqda ittiham edib
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin hökuməti Niderland hərbi gəmisinin Cənubi Çin dənizində ölkənin ərazi sularına daxil olduğunu bəyan edib.
Bakıvaxtı.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, söhbət Parasel adaları akvatoriyasından keçən "De Ruyter" freqatından gedir.
Bu arxipelaq üzərində nəzarət 1974-cü ildə Çin tərəfindən bərqərar edilib, lakin Vyetnam və Tayvan da adalara iddia irəli sürürlər.
Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjay Şiçen freqatı Çinin ərazi suverenliyini, həmçinin dəniz və hava təhlükəsizliyini pozmaqda ittiham edib.
Niderland Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Çin tərəfinin ittihamlarını təkzib edirlər.
"Freqat ərazi sularında olmayıb. O, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir", - deyə Niderland HDQ-nin nümayəndəsi Marinka Hiraldo Vos-van Kooten bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 May 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















