Çin Nvidia şirkətinin H200 çiplərinin ilkin tədarükünü təsdiqləyib
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Nvidia şirkətinin H200 çiplərinin ilkin tədarükünü təsdiqləyib.
Banco.az xəbər verir ki, Çin ABŞ administrasiyasının çip istehsalçısı “Nvidia” tərəfindən istehsal olunan və süni intellekt prosessoru kimi istifadə edilən “H200” tipli qrafik prosessor bölmələrinə icazə verməsindən sonra ilk tədarüklərə təsdiq verib.
“South China Morning Post”un xəbərinə görə, 400 min vahiddən ibarət ilk göndərişləri ölkənin aparıcı texnologiya şirkətləri olan “Alibaba”, “Tencent” və “Bytedance” alacaq.
Digər şirkətlərin də satınalma üçün təsdiq gözlədiyi bildirilərkən, telekommunikasiya operatorları kimi dövlət dəstəkli qurumların idxal olunan çiplərə çıxışının ciddi nəzarət altında saxlanılmağa davam edəcəyi proqnozlaşdırılır.
Çin rəhbərliyi süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi baxımından kritik əhəmiyyətə malik çiplərin süni intellekt və bulud hesablama sahələrində ən çox ehtiyac duyan şirkətlərə çatdırılmasını təmin edərkən, nəzarətli təsdiq mexanizmi vasitəsilə eyni zamanda bu sahədə ölkənin özünütəminetmə səviyyəsini artıracaq yerli çip istehsalını qorumağı və təşviq etməyi hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Yanvar 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















