Çin ordusu zəlzələ zonasına 2 min köməkçi qüvvə göndərib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 yanvar, AZƏRTAC
Çin silahlı qüvvələri dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar Rayonuna 2 minə yaxın adam göndərib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yüksək seysmik aktivliyin baş verdiyi Şiqatse şəhərinə 1,6 mindən çox əsgər və zabit, o cümlədən 380-dən çox polis gedib. Onlar dərhal axtarış-xilasetmə işlərinə başlayıblar.
Zəlzələ zonasına hərbi qulluqçulardan əlavə, 3 minə yaxın çadır, çarpayı, generator, 2,5 mindən çox yataq ləvazimatları göndərilib. Bildirilib ki, təhlükəli ərazilərdən 1,2 mindən çox insan təxliyə edilib.
Dağıntılar altında qalmış insanların axtarışı davam edir, yolların təmizlənməsi işləri aparılır.
Baxış sayı:108
Bu xəbər 08 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















