Çin ordusunda böyük “təmizləmə” Rusiyanın “dostu” vuruldu, varis planı işə düşdü
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çində ölkənin hərbi elit təbəqəsinin ən yüksək rütbəli nümayəndələrindən biri, Mərkəzi Hərbi Şuranın (MHŞ) sədr müavini Can Yusya qarşı istintaq başlanıb.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, general bu vəzifəsi sayəsində Çinin Rusiya ilə hərbi tərəfdaşlığının dərinləşməsində aparıcı rol oynayırdı.
Çin lideri Si Szinpinin belə yüksək rütbəli generala qarşı tədbir görməsi qonşu ölkələrdə ciddi suallar doğurub. Analitiklər hesab edir ki, bu addım Pekinin Tayvanla bağlı ambisiyalarına, ABŞ ilə uzunmüddətli rəqabətinə və Çinin sabit dövlət imicinə təsir göstərə bilər.
Yanvarın 24-də Can Yusyanın istintaqa cəlb edilməsi ilə Si Szinpin ölkənin hərbi ierarxiyasının zirvəsində demək olar ki, tək qalıb. Analitiklər bildirirlər ki, bu hadisə hakimiyyətin varisliyi və MHK-də kadr siyasəti baxımından ciddi nəticələr doğura bilər.
Berlindəki “Karnegi Rusiya-Avrasiya Mərkəzi”nin əməkdaşı Temur Umarov deyir:"Onilliklər ərzində Çin öz nüfuzunu genişləndirmək və ABŞ ilə rəqabət aparmaq üçün uzunmüddətli planları olan ölkə imici yaradıb. Lakin Sinin öz yaxın ətrafına nəzarət səviyyəsi hələ sual altındadır".
Can Yusya hazırda korrupsiya işi üzrə istintaq altındadır.
Çin silahlı qüvvələri üzrə ekspert, keçmiş CIA analitik rəhbəri Dennis Uaylder isə vurğulayır: "O, Rusiya ilə münasibətlərdə mərkəzi rol oynayırdı".
Çin Müdafiə Nazirliyi bildirir ki, Can Yusya “ciddi intizam və hüquqi qaydaların pozulması” səbəbindən istintaqa cəlb olunub. MHŞ-nin digər yüksək rütbəli generalı və qərargah rəisi Lyu Çjenli də bənzər ittihamlarla istintaqa məruz qalıb.
Ordunun rəsmi nəşri olan “Azadlıq Ordusunun Gündəliyi” qəzetində bildirilib ki, Can və Lyu Kommunist Partiyasının etimadını doğrultmayıblar və partiyanın silahlı qüvvələr üzərindəki liderliyinə xələl gətiriblər.
“Wall Street Journal” qəzeti isə daxili mənbələrə istinadla xəbər verib ki, Can Yusya Çinin nüvə proqramı ilə bağlı məlumatları ABŞ-yə ötürməkdə və yüksək hərbi vəzifələr üçün rüşvət almaqda ittiham olunur. Bəzi ekspertlər bu iddialara şübhə ilə yanaşırlar.
Can, Si Szinpin kimi, “Çin şahzadələri”nə aiddir – inqilabçıların və yüksək rütbəli partiya rəsmilərinin övladları. Onun atası Çin vətəndaş müharibəsində Sinin atası ilə birgə vuruşub. Can həmçinin 1980-ci illərdə Çin-Vyetnam münaqişələrində döyüş təcrübəsi olan azsaylı generallardan biridir.

2023-2025-ci illərdə Çin ordusunda təxminən 20 general işdən çıxarılıb, altısı raket qoşunlarında xidmət edirdi. Can və Lyuya qarşı istintaq nəticəsində MHŞ-də yalnız bir fəaliyyət göstərən zabit və iki daimi üzv qalıb – üçüncü üzv isə Si Szinpindir.
Temur Umarov bildirir ki, bu təmizləmə Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin zehinlərini məşğul edəcək, çünki onlar Çinin siyasi stabilliyini nümunə kimi qəbul edirlər.
Can Yusya illər ərzində ABŞ, Pakistan, Vyetnam və Rusiya daxil olmaqla bir sıra ölkələrlə yüksək səviyyəli görüşlər keçirib. O, Rusiya-Çin hökumətlərarası hərbi-texniki əməkdaşlıq komissiyasının həmsədri olub və Moskva ilə birbaşa əlaqələri olub.
Dennis Uaylder bildirir:"Region ölkələri Çin hakimiyyət varisliyini yeni baxışla qiymətləndirəcək. Boş qalan MHŞ yerlərinin kim tərəfindən doldurulacağı diqqətlə izlənəcək."

Çin generalları arasındakı təmizləmə, xüsusilə Tayvan üçün potensial təsir daşıyır. Canın kənarlaşdırılması Çinin döyüş hazırlığına və Tayvanla bağlı ambisiyalarına təsir edə bilər. Si Szinpin adanın materik Çinlə birləşməsini qaçılmaz hesab edir və zərurət yaranarsa, Tayvanı güclə ələ keçirəcəyinə söz verib.
2025-ci ilin sonunda Çin Tayvan ətrafında böyük hərbi manevrlər keçirib. Tayvan Müdafiə naziri Vellinqton Ku bildirib ki, bir şəxsin devrilməsi onların döyüş hazırlığını zəiflətmir.
Drü Tompson, ABŞ Pentaqonunun keçmiş strateqi, bildirir ki, Canın yoxluğu ABŞ-ın Tayvana dəstəyini və çəkindirmə strategiyasını çətinləşdirə bilər. Onun sözlərinə görə:"Si məsləhətləri faktiki olaraq bir nəfərdən ibarət komitə vasitəsilə alır və milyonluq ordunu idarə etməyə çalışır. Can olmadan səhv hesablamaların riski artır."
Can Yusyanın gedişi təkcə bir kadr dəyişikliyi deyil, həm də Çin hərbi maşınının daxili tarazlığının pozulması kimi qiymətləndirilir. Si Szinpin mütləqiyyətini gücləndirsə də, kritik qərarlarda neytrallıq və peşəkarlıq balansını itirmək təhlükəsi ilə üz-üzədir.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















