Çin ordusunun qüvvələri Tayvan sərhədini keçdi
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Tayvan hərbçiləri son sutka ərzində Çin Xalq Azadlıq Ordusunun təyyarə və Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin adaya yaxınlaşmasını qeydə alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Tayvan Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Tayvan ətrafında fəaliyyət göstərən 8 təyyarə və 5 gəmi sərhəd ətrafında dolanıb. Təyyarələrdən altısı orta xətti keçərək Tayvanın şimal və cənub-qərbinə daxil olub. Biz vəziyyəti izləmişik və müvafiq reaksiya vermişik”, - nazirlik əlavə edib.
Tayvan 1949-cu ildən, Çan Kay-şekin (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin Çin Vətəndaş Müharibəsində məğlub olmasından sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















