Icma.az
close
up
RU
Çin Qərbə qarşı meydan oxumaq tərzini gündəmdə saxlayır

Çin Qərbə qarşı meydan oxumaq tərzini gündəmdə saxlayır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə Pekində sentyabrın 3-də keçirilən hərbi paradda iştirak etmədilər.

Halbuki Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı mərasimə dəvət etmişdi. Ağ Ev sahibi mərasimdə iştirak etmək əvəzinə Çində keçirilən hərbi paradı ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirib.

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Pekindəki hərbi paraddan narazı qalan ölkələr arasında Yaponiya da var:

“Yaponiyanın Baş naziri və digər rəsmilər hərbi parad barədə açıqlama verməsələr də, “Kiodo” agentliyi adı çəkilməyən rəsmilərdən birinə istinadən yayımladığı xəbərdə hərbi paradı “qlobal bölünmə simvolu” kimi dəyərləndirib. Mənbənin sözlərinə görə, Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyirlər.

Mənbənin sözlərində haqlılıq payı var. Moskva və Pekin Soyuq müharibədən sonra ABŞ-ın simasında formalaşan birqütblü dünyaya son qoymaq istəyirlər. Buna görə də Pekin və Moskva Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-in sıralarını genişləndirməyə və üzv ölkələr arasında bağlılığı gücləndirməyə çalışırlar.

Doğrudur, Moskva və Pekin bu istəklərini asanlıqla həyata keçirə bilmirlər. Çünki bir qisim ölkə Rusiya və Çinin formalaşdırdığı təşkilatlarda yer alsalar da, onlar Qərb ölkələri ilə əməkdaşlıqdan imtina etmək istəmirlər. Misal üçün Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyünə marağı olsa da, bu sırf iqtisadi və ticarət maraqları ilə əlaqəlidir. 

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsinə çalışır. Azərbaycanın Rusiya və Çinin antiqərb blokunda yer almaq istəyi yoxdur. Mərkəzi Asiya ölkələri də ŞƏT üzvləri olsalar da, ABŞ və Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsində maraqlıdırlar.

Mərkəzi Asiya ölkələrinin Moskvanın və ya Pekinin diktəsini qəbul etmək fikirləri yoxdur. Hər halda Moskva və Pekin tərəfdaşlarının saylarını artırmaq planlarından imtina etmirlər. Moskva və Pekin ABŞ Prezidenti Donald Trampın “rüsumartırma” siyasətindən də məharətlə istifadə etməyə çalışırlar. Trampın rüsum siyasətindən narazı qalan bir sıra ölkə ABŞ-dan uzaqlaşaraq Çinlə tərəfdaşlığa üstünlük verməyə başlayıb”.

Ekspertin fikrincə, Çinin siyasətindən ehtiyat edən ölkələr də az deyil:

“ABŞ və Yaponiya ilə yanaşı Avstraliya da Pekindənki hərbi paraddan narahat olub. İş o yerə çatıb ki, Avstraliya hökuməti paytaxt Kanberranın böyük konsert salonlarından birində Çin səfirliyinin Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyətinin 80-ci ildönümünü keçirməyə icazə verməyib.

Halbuki tədbirlə bağlı əvvəlcədən razılaşma olub. Ancaq Avstraliya hökuməti son anda razılaşmadan imtina edib və tədbir səfirlik binasında keçirilib. Maraqlıdır ki, Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən hərbi paradda iştirakdan yayınaraq yerinə başqa diplomatı göndərib”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri