Icma.az
close
up
RU
Çin robotu 106 km fasiləsiz gedərək dünya rekordu qırdı

Çin robotu 106 km fasiləsiz gedərək dünya rekordu qırdı

Icma.az, Tribuna saytına istinadən bildirir.

Səyahət 3 gün davam edib və onun ardından robot tam işlək vəziyyətdə qalıb.

Tribuna xəbər verir ki,  Çinin humanoid robotu Agibot A2 Guinness rekordunu rəsmi şəkildə yeniləyib —Interesting Engineering-in məlumatına görə,  o, söndürülmədən 106,29 km məsafə qət edib. Marşrut Sujoudakı Cinci gölündən Şanxaydakı Bund sahilinə qədər uzanıb və 10–13 noyabr tarixlərini əhatə edən üçgünlük yürüş zamanı robot ən uzun məsafəni fasiləsiz piyada keçmək üzrə rekord göstərib. Buna enerji təchizatının dayanmadan davam etməsinə imkan verən isti rejimli batareya dəyişmə sistemi kömək edib.

Şirkət izah edir ki, bu yürüş texnologiyaların sabitliyini və etibarlılığını nümayiş etdirmək üçün keçirilib. “Sujoudan Şanxaya fasiləsiz getmək insan üçün belə asan deyil, amma robot bunu bacardı”, – deyə Agibot-un baş vitse-prezidenti Van Çuans bildirib. Onun sözlərinə görə, test aparatın davamlılığını, hərəkət balansını və idarəetmə sisteminin sabitliyini təsdiqləyib və A2 modelinin real kommersiya tətbiqinə hazır olduğunu göstərib.

Agibot A2 — 175 sm hündürlüyündə, 55 kq ağırlığında humanoiddir və mətn, səs və vizual məlumatların emalı üçün süni intellektlə təchiz edilib. O, dəqiq manipulyasiyalar da edə bilir — məsələn, sapı iynənin gözündən keçirmək kimi. Yürüş zamanı A2 şəhər yolları və park zonaları ilə hərəkət edib, körpüləri, şosseləri və müxtəlif örtüklü sahələri keçib. Naviqasiya üçün ikiqat GPS modulu, lidar və infraqırmızı kameralar istifadə olunub ki, bu da dəyişən işıq şəraitində şəhər mühitində orientasiyanı təmin edib. Marşrut başa çatdıqdan sonra robot tam işlək vəziyyətdə qalıb, yalnız rezin altlıqlarında təbii aşınma müşahidə olunub.

Sınaqda heç bir dəyişiklik edilmədən adi seriya robotundan istifadə olunub. Şirkət 2025-ci ildə artıq minlərlə belə robot istehsal etdiyini bildirib.

İmran Kərimli 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri