Icma.az
close
up
RU
Çin Rolls Royce a meydan oxuyur: 170 000 dollarlıq Maextro sedanı təqdim edildi

Çin Rolls Royce a meydan oxuyur: 170 000 dollarlıq Maextro sedanı təqdim edildi

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avtomobil dünyasında köhnə bir status aforizmi var idi: "İtalyan sayağı geyin, fransızla öpüş, amma alman maşını sür". Lakin lüks avtomobil bazarında peydə olan yeni oyunçu bu mantranı kökündən sarsıdır. Çin rəsmən ultra-lüks seqmentinə daxil olaraq Böyük Britaniyanın dünya şöhrətli "Rolls-Royce" brendinə öz cavabını təqdim edib.
Bizim.Media xəbər verir ki, ikiçalarlı kuzov rəngi və ən zərif dəri salona malik 5,5 metrlik möhtəşəm "Maextro S800" sedanı alıcılara lüks seqment üçün kifayət qədər "mülayim" sayılan 172 000 dollara başa gələcək.
Müqayisə üçün qeyd edək ki, britaniyalı "Rolls-Royce"un qiyməti bütün əlavə seçimlərlə (opsiyalarla) birlikdə rahatlıqla 750 000 dollara çatır.
Yeni model Çinin Hefey şəhərində, İT nəhəngi Huawei-in iştirak etdiyi birgə müəssisədə yığılır və istehsal prosesində 1000-dən çox robot iştirak edir.
 

Əsrlik tarixə malik "Mercedes-Benz" və "Rolls-Royce" kimi brendləri kölgədə qoymaq üçün yaradılan "Maextro S800" dördqapılı elektrik-hibrid avtomobildir. Yaradıcıları onu "təkamülün təcəssümü" kimi xarakterizə edirlər. Avtomobilin təchizatına aşağıdakı ultra-müasir funksiyalar daxildir:


Süni intellektlə çalışan təkmil avtoparkinq sistemi;
Jestlərlə (əl hərəkəti ilə) idarə olunan qapılar;
Masaj funksiyalı və tam uzana bilən (otkidnoy) kreslolar;
"Rolls-Royce"dan ilhamlanaraq dizayn edilmiş "Ulduzlu səma" tavanı;
43 dinamikdən ibarət nəhəng səs sistemi və arxa sərnişinlər üçün salona fərdi kinoteatr ab-havası verən 40 düymlük ekranlar.
"The Wall Street Journal"ın məlumatına görə, avtomobilin qiyməti komplektasiyadan asılı olaraq 100 000 ilə 170 000 dollar arasında dəyişir. Bu, ABŞ-da "Mercedes-Maybach"dan iki dəfə, baza model "Rolls-Royce"dan isə dörd dəfə ucuzdur.
Üstəlik, bu hələ başlanğıcdır: "Huawei"in icraçı direktoru Riçard Yu gələcəkdə 300 000 dollarlıq daha bir ultra-premium model çıxaracaqlarına eyham vurub. Avtomobil sənayesinin mühafizəkarları üçün Çində lüks maşın istehsalı ideyası uzun müddət qeyri-real görünürdü. Lakin Çin qlobal avto-sənayeni sürətlə yenidən formalaşdırır: 2025-ci ildə ölkə rekord həddə — 8,32 milyon avtomobil ixrac edib (əvvəlki illə müqayisədə 29,9% çox). "Huawei" bəyan edib ki, satışlar başlayandan bəri müştərilərə artıq 17 000-dən çox "Maextro" markalı avtomobil çatdırılıb.
 

Bununla belə, ekspertlər Çin istehsalı ilə klassik brendlərin "lüks" anlayışları arasındakı fundamental fərqə diqqət çəkirlər. "Maextro" yüksək texnologiyalara, süni intellektə və total avtomatlaşdırmaya mərc etdiyi halda, "Rolls-Royce" kimi brendlər əl işinə, ənənələrə və təmkinliliyə üstünlük verirlər. Bu, rəqəmsal şou dövrü ilə "Sakit lüks" (Quiet Luxury) fəlsəfəsinin açıq qarşıdurmasıdır.


"Rolls-Royce"un top-menecerlərindən birinin nəşrə verdiyi şərhə görə, varlı alıcılar avtomobili "sakit bir sığınacaq" kimi görürlər və sonsuz qadcetlərlə əhatə olunmağa can atmırlar. Lakin smartfonlar və daimi rəqəmsal əlaqə mühitində böyüyən yeni, daha gənc zənginlər nəsli üçün Çinin lüks vizyonu dünya avtomobil sənayesinin gələcəyinə çevrilmək üçün böyük şansa sahibdir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 May 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri