Çin Rusiya münasibəti ABŞ üçün ən böyük təhdiddir Bolton
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda ABŞ-nin milli təhlükəsizliyi üçün ən böyük təhdidi Çin-Rusiya münasibəti yaradır.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton RTVI-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, mövcud vəziyyət Soyuq müharibə dövründəki Sovet-Çin ittifaqını xatırladır. Lakin bu dəfə ittifaqda əsas rolu Moskva deyil, Pekin oynayır.
“Bu, Soyuq müharibə dövründəki Sovet-Çin ittifaqını xatırladır, amma bu dəfə tonu Moskva deyil, Pekin müəyyən edir. Bu oxun digər iştirakçıları da var – Şimali Koreya, İran və Belarus”, – Bolton bildirib.
Sabiq müşavir əlavə edib ki, hazırda Çinin hazırlıq səviyyəsi əvvəlki dövrlə müqayisədə daha yüksəkdir.
Boltonun sözlərinə görə, Pekinin qlobal təsiri artıq vaxtilə Sovet İttifaqının malik olduğu təsirdən də böyükdür.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 11 Sentyabr 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















