Icma.az
close
up
RU
Çin səfərində Prezidentə bəhs edilən gənc DANIŞDI: “Çox ac idim, amma…” FOTOLAR KONKRET

Çin səfərində Prezidentə bəhs edilən gənc DANIŞDI: “Çox ac idim, amma…” FOTOLAR KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin Çində CGTN (China Global Television Network) kanalına müsahibəsi zamanı çinli jurnalist ona azərbaycanlı gəncdən bəhs etdi. Bu, çox böyük maraq cəlb etdi və həmin gəncin 25 yaşlı Tağı Kərim oğlu Məmmədov olduğu bilindi.

KONKRET.az həmin gəncdən eksklüziv müsahibə alıb. Tağı Məmmədovun saytımıza verdiyi müsahibəni təqdim edirik.

– Artıq iki ildən çoxdur ki, Çində yaşayırsınız. Təhsiliniz barədə məlumat verə bilərsinizmi?

İlk təhsilimi Azərbaycanda, Xəzər Universitetində marketinq ixtisası üzrə aldım. Daha sonra magistratura təhsilimi davam etdirmək üçün Pekin Xarici Dillər Universitetində biznesin idarə olunması ixtisası üzrə magistr pilləsini bitirdim. Hal-hazırda isə doktorantura təhsilimi Çinin Jiangsu Universitetində idarəetmə elmi üzrə alıram.

– Çin dilini öyrənmək necə bir təcrübə oldu?

Çin dilini öyrənmək mənim üçün olduqca çətin idi. Bildiyimiz kimi, Çin dili tonlarla zəngin bir dildir və tonlardan düzgün istifadə olunmazsa, sözün mənası tamamilə dəyişə bilir. Ən çox çətinlik çəkdiyim məqam da məhz bu tonlar olub. Lakin zamanla bu çətinlikləri aşdım və indi özümü Çin dilində ifadə etməkdə çətinlik çəkmirəm. Əlbəttə, dil öyrənmək heç zaman bitmir hər zaman yeni bacarıqlar qazanmaq lazımdır.

– Çindəki ilk günlərinizi necə xatırlayırsınız?

İlk günlərimdə ən çox yemək axtarışı ilə yadda qalan anlar olub. Çox ac idim, amma yeməyə uyğun bir yer tapa bilmirdim. Həmin vaxtlar Çin mətbəxinə öyrəşməmişdim. Bununla yanaşı, Çinin küçələrinin nə qədər təmiz və səliqəli olması məni çox təəccübləndirmişdi. Eyni zamanda, yeni tikililərlə yanaşı qədim abidələrin qorunub saxlanılması da mənim üçün maraqlı bir müşahidə oldu.

– Çin və Azərbaycan təhsil sistemləri arasında hansı fərqlər var?

Əslində, iki ölkənin təhsil sistemləri arasında böyük fərqlər yoxdur. Əsas fərq tələbənin özündən asılıdır. Çalışqan tələbə üçün yerin fərqi yoxdur, harada olursa-olsun uğur qazanacaq. Lakin Çində müəllimlər daha tələbkardırlar. Amma bu, Azərbaycanda müəllimlərin məsuliyyətsiz olduğu anlamına gəlmir. Xəzər Universitetində oxuyarkən müəllimlərimizin dərslərə yanaşması da olduqca ciddi və məsuliyyətli idi.

– Çində yaşamaq sizə hansı bacarıqları qazandırdı?

Çində yaşamaq mənə çox fərqli bacarıqlar qazandırdı. İlk dəfə özüm Azərbaycan mətbəxinin yeməklərini bişirməyi öyrəndim. Evdə yemək bişirmək, mətbəx ləvazimatları almaq kimi gündəlik həyatı özüm idarə etməyi öyrəndim. Eyni zamanda, problemlərlə təkbaşına mübarizə aparmaq, fərqli dillərdə və mədəniyyətlərdə insanlarla ünsiyyət qurmaq bacarığım inkişaf etdi.

– Çindəki həyat tərzi barədə nə deyə bilərsiniz?

Çində həyat çox sakit və stabildir. Çöldə gəzərkən səssizliyi hiss etmək olur, çünki avtomobillərin əksəriyyəti elektriklə işləyir və səs-küy olmur. İnsanlar rahat və sakit həyat tərzi sürürlər. Parklar çox gözəldir və Çin mədəniyyətini əks etdirən dizaynda hazırlanıb. Həmçinin, gecələr yaşlı insanlar küçələrdə rəqs edərək bədənlərini gümrah saxlayırlar. İlk dəfə bunu görəndə çox təəccüblənmişdim.

– Çinlə Azərbaycan arasında hansı ortaq cəhətləri görürsünüz?

Hər iki xalq çox çalışqandır və uğur qazanmaq üçün əlindən gələni edir. Eyni zamanda, hər iki millət mehriban və qonaqpərvərdir. Azərbaycanda rayonlara gedəndə necə isti qarşılanırıqsa, Çində də belə münasibət göstərirlər.

– Xaricdə yaşamaq sizə hansı dərsləri öyrətdi?

Ən böyük dərs odur ki, insan hər zaman valideynlərinin qədrini bilməlidir. Çünki insanı daim dəstəkləyən, ona motivasiya verən məhz ailədir. Bugünki uğurlarımda ən böyük pay sahibi ailəmdir. Onlar mənə daim güc verib və yanımda olublar. Həyatda insanı ailəsindən başqa heç kim bu qədər sevə bilməz.

– 10 il sonra özünüzü harada görürsünüz?

10 il sonra özümü Azərbaycan və Çin arasında əlaqə yaradan bir biznes sahibi kimi görürəm. Həm Azərbaycanda, həm də Çində yaşamaq istəmirəm. İki ölkə arasında körpü rolunu oynayan bir biznes qurmaq və fəaliyyətimi bu sahədə davam etdirmək niyyətindəyəm. İnşallah, gələcəkdə biznesmen kimi fəaliyyət göstərməyə davam edəcəm.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri