Icma.az
close
up
RU
Çin “Şimal axını” qaz kəmərində partlayışların dəqiq araşdırılmasını tələb edir

Çin “Şimal axını” qaz kəmərində partlayışların dəqiq araşdırılmasını tələb edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Çinin BMT-də nümayəndəsi bildirib ki, beynəlxalq ictimaiyyət 2022-ci ildə “Şimal axını” qaz kəmərində partlayışlara adekvat cavab tələb edir.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasındakı (TŞ) çıxışında bildirib ki, partlayışlar transmilli enerji infrastrukturuna qarşı ciddi təxribat hadisəsidir, habelə qlobal enerji təchizatına, dəniz mühitinə və dəniz naviqasiyasının təhlükəsizliyinə mənfi təsir göstərir. O əlavə edib: “Həqiqət xalça altına süpürülməməli, araşdırmalar siyasiləşdirilməməli, oxşar hadisələrin təkrarlanmasına yol verilməməli və günahkarlar cəzasız olaraq azadlıqda gəzməməlidir. “Şimal axını” boru kəmərinin partladılması ilə bağlı beynəlxalq ictimaiyyət haqlı olaraq düzgün cavab tələb edir”.

“Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və ya milli araşdırmaların aparılması ilə bağlı müzakirələr aparıblar. Əvvəllər TŞ İsveç, Danimarka və Almaniyaya öz milli araşdırmalarını aparmaq üçün vaxt verilməsinin tərəfdarı idi. Bununla belə, üç ildən artıq müddətdə heç bir qəti nəticə və partlayışlarla bağlı tam həqiqət üzə çıxmayıb”, -deyə Çin diplomatı bildirib.

O əlavə edib ki, Çin şübhəlinin İtaliyada son həbsi ilə bağlı xəbərləri, həmçinin Almaniya, İsveç və Danimarkadan Təhlükəsizlik Şurasına ünvanlanmış birgə məktubu diqqətə alıb. Bununla belə, bu, beynəlxalq ictimaiyyətin şübhə və narahatlığı fonunda yetərli deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri