Icma.az
close
up
RU
Çin şirkəti Ələtdə böyük layihəyə start verir

Çin şirkəti Ələtdə böyük layihəyə start verir

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) rəsmi olaraq qeydiyyatdan keçmiş ilk Çin şirkəti olan “Sunsync”yə ƏAİZ-də Günəş elektrik stansiyasının (GES) tikintisi üçün ərazi təklif olunub.

Bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, sözügedən Çin şirkəti əvvəlcə öz qabaqcıl texnologiyaları və innovasiya imkanlarını Azərbaycana gətirərərək, ƏAİZ-də 23 hektarlıq günəş paneli istehsalı müəssisəsini quracaq:

“İstehsal edilən məhsulların əksər hissəsi ixrac olunacaq. Çünki istehsal həcmi çox böyük olacaq. İlk gündən məqsəd ondan ibarətdir ki, tək Azərbaycan bazarı yox, dünya bazarına çıxaq. Təbii ki, Ələt Azad İqtisadi Zonasında Çin şirkəti tərəfindən istehsal ediləcək günəş panellərindən Azad Zonada tikilən müəssisələrin damının örtülməsində də istifadə etməyi investorlara tövsiyə edirik. Eyni zamanda, əlbəttə ki, həmin şirkət Azərbaycanda keçiriləcək bütün tenderlərdə panellərin satışında iştirak edəcək”.

V. Ələsgərov vurğulayıb ki, Çin şirkəti ƏAİZ-də sözügedən məhsulların istehsalına başladıqdan sonra Günəş elektrik stansiyaları inşa edən şirkətlər üçün panelləri buradan almaq daha rahat və əlverişli olacaq:

“Biz “Sunsync” şirkətinə Günəş elektrik stansiyası tikmək üçün də ərazi verməyə hazır olduğumuzu bildirmişik. Yəni sözügedən Çin şirkəti üçün Ələt Azad İqtisadi Zonasında istehsal edəcəyi günəş panellərindən istifadə etməklə Günəş elektrik stansiyası tikərək, oradan əldə olunacaq “yaşıl enerji"ni ƏAİZ-də çalışan şirkətlərə satmaq imkanı yarana bilər”.

Sədr eyni zamanda digər layihə üzərində də çalışdıqlarını diqqətə çatdırıb:

“Bu, külək elektrik stansiyalarının (KES) istehsalı ilə bağlıdır. ƏAİZ-də KES-lər üçün pərlər və digər zəruri avadanlıqların istehsalı üzrə müəssisənin inşası üçün bir neçə şirkətlə danışıqlar aparılır. Belə ki, ƏAİZ-də külək elektrik stansiyaları üçün lazım olan avadanlıqların istehsalı istehsal və inşaat xərclərini azaldacaq, eyni zamanda külək elektrik stansiyaları avadanlıqlarının daşınması üçün yaranan nəqliyyat və logistika çətinliklərini aradan qaldıracaq.

Paralel olaraq artıq ağır sənaye üçün ayrılmış ərazidə inşaat işlərinə başlamışıq. 364 hektarda torpaq işlərini bitirmişik. Bu il, başqa infrastruktur işlərinə də başlamağı planlaşdırırıq. Ağır sənaye üçün ayrılmış ərazinin daxilində işlər Səlahiyyətli Qurum tərəfindən aparılacaq. Ərazi xaricində isə yaxın zamanda “Azərenerji” böyük bir yarımstansiya tikintisi işlərinə başlayacaqdır. Bununla yanaşı digər dövlət qurumları da infrastruktur işlərini aparacaqlar. Artıq çox müsbət bir haldır ki, ağır sənaye üçün ayrılmış ərazidə fəaliyyət göstərmək məqsədilə müraciətlər daxil olur. Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında böyük müəssisələrin yaradılması ilə bağlı layihələri elan edəcəyik”. (Trend)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://banco.az
archiveBu xəbər 31 Mart 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri