Çin şirkəti gələn il süni intellektə 23 milyard dollar sərmayə qoyacaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 23 dekabr, AZƏRTAC
Çinin “ByteDance” şirkəti amerikalı rəqibləri ilə ayaqlaşa bilmək üçün süni intellekt infrastrukturuna 2026-cı ildə 23 milyard dollar sərmayə qoymağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin yaydığı məlumata görə, süni intellekt üzrə qlobal lider olmağa çalışan “TikTok” sosial şəbəkəsinin sahibi 2025-ci ildə bu sahəyə 21 milyard dollardan çox sərmayə yatırıb. Şirkətdən bildiriblər ki, gələn il üçün nəzərdə tutulan məbləğin təxminən yarısı süni intellekt modellərinin və tətbiqlərinin inkişafı üçün qabaqcıl yarımkeçiricilərin alınmasına sərf olunacaq.
Çin şirkətlərinin əvvəllər ABŞ-ın ixraca nəzarət məhdudiyyətləri ilə üzləşməsi onların bazarda liderlik edən “Nvidia” çipləri almasına mane olub. Amerika şirkətlərinin Çinə qabaqcıl prosessorlar tədarükünə qadağa Co Bayden administrasiyası dövründə qoyulub. Bu da “ByteDance” və “Alibaba” kimi şirkətləri daha az hesablama gücü tələb edən ucuz və səmərəli modellər hazırlamağa sövq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















