Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
COP29 çərçivəsində Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb.
“APA-Economics” xəbər verir ki, Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi imzalanıb.
Həmçinin Energetika Nazirliyi “China Energy Overseas Investment Co. Ltd” şirkəti ilə Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb. Bundan başqa, Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlə bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















