Icma.az
close
up
RU
Çin şirkətləri ilə bərpaolunan enerji texnologiyalarının istehsalı və tədarükü ilə bağlı müqavilələr imzalanıb AZƏRTAC

Çin şirkətləri ilə bərpaolunan enerji texnologiyalarının istehsalı və tədarükü ilə bağlı müqavilələr imzalanıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında yaşıl enerji sahəsində anlaşma memorandumları imzalanıb.

AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, imzalanma mərasimlərindən əvvəl energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un vitse-prezidenti Xu Pengcheng və “PowerChina Resources Limited” şirkətinin prezidenti Yang Tianfu, həmçinin TBEA şirkətinin İdarə Heyətinin üzvü, beynəlxalq biznes məsələləri üzrə prezidenti Hu Nanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşlər olub.

Görüşlərdə Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərində bərpaolunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd olunub. Həyata keçirilən yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı meqa layihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

“PowerChina Resources Limited” şirkətinin xaricdə bərpaolunan enerji sahəsində sərmayə qoyuluşu həyata keçirən, geniş potensial və təcrübəyə malik bir şirkət olaraq, Azərbaycanda bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu, bərpaolunan enerji layihələrinin planlaşdırılması, layihələndirilməsi, tikintisi və istismarında əməkdaşlığa maraqlı olduğu qeyd edilib. Elektrik enerjisinin ötürülməsi və paylanması, elektrik stansiyaları, bərpaolunan enerji və digər vacib infrastruktur layihələrinin istehsalı, mühəndisliyi, tədarükü, tikintisi və maliyyələşdirilməsi üzrə ixtisaslaşmış şirkət olan TBEA-nın isə Azərbaycanla bərpaolunan enerji avadanlıqları və texnologiyaları sahəsində əməkdaşlıq niyyəti ifadə olunub.

Sonra sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə PowerChina Resources Limited arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” sənaye miqyaslı günəş PV layihələri, quruda/dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş ağıllı enerji və yaşıl hidrogen istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.

“Azərbaycan Respublikası Energetika Nazirliyi ilə TBEA Co., Ltd arasında Anlaşma Memorandumu” isə bərpaolunan enerji avadanlıqları və texnologiyalarının istehsalı və tədarükü daxil olmaqla, müvafiq sahələrdə əməkdaşlığı əhatə edir. Sənədə əsasən, şirkətlə ultra-yüksək gərginlikli və çevik DC və AC məhsullarının təmin edilməsi, Azərbaycanda sənaye parkları və azad iqtisadi zonalarda yüksək texnologiyalı enerji şəbəkəsi avadanlıqlarının istehsalı, Məlumat Mərkəzinin yaradılması, bərpaolunan enerji və elektrik layihələrinə sərmayə qoyuluşu və maliyyələşdirilməsi, eləcə də bərpaolunan enerji və regional yaşıl enerji bağlantısı layihələrində iştirakı üzrə əməkdaşlıq ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see209

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see190

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see157

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri