Icma.az
close
up
RU
Çin tarixdə ən böyük bank konsolidasiyasını həyata keçirir

Çin tarixdə ən böyük bank konsolidasiyasını həyata keçirir

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif - Eldar Kərimov/Banco.az

Çin tarixdə ən böyük bank konsolidasiyasını həyata keçirir

Frankmedia – 2024-cü ildə Çində tarixin ən böyük bank birləşməsi baş verdi. Reuters tərəfindən aparılan tədqiqata əsasən, ən azı 290 kiçik kənd bankı və kooperativi daha iri regional maliyyə təşkilatlarına inteqrasiya edilib. Lakin analitiklərin fikrincə, bu cür riskləri azaltmağa yönəlmiş tədbirlər bank sektorunda yeni problemlərə səbəb ola bilər.

Hazırda Çində təxminən 3,7 min kiçik bank fəaliyyət göstərir. Onların ümumi aktivləri 57 trilyon yuan (7,8 trilyon dollar) təşkil edir ki, bu da Avstraliya bank sektorunun iki qatına və ABŞ bank sisteminin üçdə birinə bərabərdir. Bu bankların çoxu böyük borcları olan əyalət hökumətləri tərəfindən dəstəklənir və əsasən qısamüddətli banklararası kreditlər hesabına maliyyələşdirilir. Bu isə defolt riskləri yaradır və maliyyə sisteminin sabitliyinə təhdid edir.

Kiçik bankların birləşdirilməsi, Çin hökumətinin 2022-ci ildən etibarən həyata keçirdiyi islahatların bir hissəsidir. Məqsəd, müflis kreditorları sistemdən çıxarmaq və bank sektorunu təmizləməkdir. Bu islahatlar bir sıra qalmaqallardan sonra baş verdi, hansı ki, nəticədə əmanətçilər pullarını itirmiş və nadir etiraz aksiyaları keçirmişdilər. Lakin illərlə aparılan islahatlara baxmayaraq, vəziyyət hələ də çətindir, deyə Reuters qeyd edir.

Keçmiş Bridgewater və UBS analitiki Ceyson Bedford bildirib ki, illərlə davam edən təmizləmə prosesindən sonra bank sistemi nisbətən sabitdir, lakin böyük iqtisadi çətinliklər davam edir. Onun sözlərinə görə, bu cür birləşmələr tez-tez "böyük problemli bankların" yaranmasına gətirib çıxarır, çünki zəif banklar bir araya gətirilir.

Son on ildə bir çox kiçik banklar inşaat şirkətlərini və yerli hökumətlərin maliyyə qurumlarını kreditləşdirib, bu isə onları COVID-19-dan sonra iqtisadi tənəzzül, daşınmaz əmlak böhranı və artan borc yükü qarşısında həssas hala gətirib. Rəsmi statistikaya görə, 2023-cü ilin üçüncü rübündə kənd kommersiya banklarında problemli kreditlərin payı 3,04%-ə yüksəlib ki, bu da ümumi bank sektorunda olan orta göstəricidən (1,56%) iki dəfə çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Fevral 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri