Icma.az
close
up
RU
“Çin və ABŞ arasında elmi texnoloji rəqabətin yeni mərhələsi“ Araşdırma

“Çin və ABŞ arasında elmi texnoloji rəqabətin yeni mərhələsi“ Araşdırma

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"İki qlobal güc arasında durmadan azalan fərq..."

"Research Fronts 2025" hesabatına görə, son beş ildə aparılmış elmi işlərin sitatlanma tezliyi baxımından ABŞ və Çin dünya elminin əsas mərkəzləri kimi yenidən ilk iki sırada qərarlaşıb.

Moderator.az xəbər verir ki, bu barədə "infotel.ua" nəşri yazıb.

ABŞ və Çinin elmi araşdırmalarda paralel yüksəlişi

Araşdırma göstərir ki, ABŞ Yer elmləri, klinik tibb, həyat elmləri, astronomiya və riyaziyyatda lider olsa da, Çin kənd təsərrüfatı, ekologiya, kimya, materialşünaslıq, informatika və sosial elmlərdə birinci yerə çıxıb.

Ümumi mənzərə belədir: fundamental araşdırma fəaliyyəti baxımından ABŞ hələ də birinci sıradadır, lakin Çinlə fərq sürətlə azalır. Pekin klinik tibb və astrofizika kimi zəif olduğu sahələrdə artıq 4-5-ci yerlərə yüksəlib və əvvəlki illərlə müqayisədə böyük irəliləyiş göstərir.

Texnologiyalar yarışında Çin 44 sahənin 37-də öndədir

Avstraliyanın Strateji Siyasət İnstitutu tərəfindən dərc olunan yeni hesabat isə texnoloji rəqabətin daha kəskin mənzərəsini ortaya qoyur. Məlumata görə, müdafiə, kosmos, robototexnika, süni intellekt, enerji, qabaqcıl materiallar və kvant texnologiyaları daxil olmaqla 44 kritik texnoloji sahənin 37-də Çin ABŞ-ı qabaqlayır.

Xüsusilə hərbi və kosmik texnologiyalar Pekini irəli çıxarır: hipersəs raket mühərrikləri üzrə aparılan elmi işlərin 48 faizdən çoxu Çində hazırlanır, dünyanın bu sahədə fəaliyyət göstərən ən aparıcı 10 institutundan 7-si məhz Çində yerləşir. Bu dinamika Pekinin onilliklərdir davam edən "texnoloji suverenlik" strategiyasının nəticəsi kimi qiymətləndirilir.

Qlobal elmi balansın dəyişməsi və gələcək risklər

Hesabatlar göstərir ki, Çin tədqiqat və inkişaf sahəsinə misilsiz investisiyalar yatırır, daha çox alimini ABŞ-dan geri qaytarır və elmi məhsuldarlıqda əvvəlkindən qat-qat böyük sıçrayış edir. 2021-ci ildə Çinin illik patent müraciətlərinin sayı ABŞ-dakından iki dəfə çox olub. Eyni zamanda, dünya alimləri Çin tədqiqatlarının keyfiyyətini daha yüksək dəyərləndirməyə başlayır: 1 faiz ən çox sitat alan elmi işlərdə Çin ilk dəfə ABŞ-ı geridə qoyub.

Bununla belə, hesabatlar bir mühüm məqamı da vurğulayır: tədqiqat uğurunu real istehsalatda təkrarlamaq Çinin ən zəif həlqələrindən biridir. Məsələn, reaktiv mühərriklərin istehsalında Çin hələ də xarici istehsalçılardan asılıdır, eyni hal qabaqcıl çiplər sektorunda da müşahidə olunur - çip dizaynı və yüksək performanslı hesablama üzrə üstünlük hələ də ABŞ-dadır.

Bütün bunlar Vaşinqtonu hərəkətə gətirib: Əvvəlki Baydem administrasiyası yarımkeçirici sənayesini gücləndirmək üçün 53 milyard dollarlıq CHIPS proqramını işə salıb, çünki Çin bir sıra texnologiyalarda artıq kifayət qədər böyük üstünlüyə malikdir.

İki böyük güc arasında elmi və texnoloji yarış yeni mərhələyə keçib. ABŞ fundamental elmdə liderliyini qoruyur, amma Çin çoxsaylı sahələrdə sürətlə yaxınlaşır və bəzi kritik texnologiyalarda artıq dominant mövqedədir. Bu rəqabət yeni qlobal elmi arxitekturanı formalaşdırır və gələcək qırılma nöqtələrinin əsas istiqamətlərini indidən göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri